“Nəsimi ili” çərçivəsində
rəsm müsabiqəsi davam edir
Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində keçirilən “Mənim Şamaxım” adlı rəsm müsabiqəsi davam edir.
Müsabiqəyə Şamaxı rayonunun sakinləri olan uşaq, yeniyetmə və 29 yaşına qədər gənclər qatıla bilər.
İştirak etmək istəyənlər ən çox 3 əsərinin fotosunu aprel ayının 6-dək Xətai Sənət Mərkəzinin Whatsapp nömrəsinə (+99451 3107401) göndərə bilərlər.
Müsabiqə iki turdan ibarət
olacaq. I turdan
keçmiş əsərlər
əvvəlcə Şamaxı
Mədəniyyət Mərkəzində,
sonra isə Bakıda Xətai Sənət Mərkəzində
keçiriləcək sərgilərdə
nümayiş olunacaq.
Sərgidə nümayiş üçün
seçilən işlərin
müəllifləri diplomla
və fəal tədris mərkəzləri
(dərnək, incəsənət
məktəbi və
s.) təşəkkürnamə ilə təltif olunacaq və seçilmiş 20 əsərin
müəllifi “Azərbaycanım”
Uşaq rəsm festivalına dəvət olunacaq.
Müsabiqədə iştirak etmək istəyənlərə
tövsiyə olunan mövzular:
Böyük Azərbaycan şairi
İmadəddin Nəsiminin
obrazının müxtəlif
kompozisiyalarda təsviri;
Şamaxıya məxsus
sənət nümunələri (xalçaçılıq, dulusçuluq, misgərlik);
Şamaxının tarixi abidələri,
yerli mətbəx nümunələri;
Qədim
əşya və ya bölgə üçün xarakterik olan qədim geyimlərin təsviri;
Şamaxı rayonu üçün xarakterik musiqi və müxtəlif sənət alətinin təsviri;
Şamaxılı dahi şəxsiyyətlərin
obrazlarının təsviri;
Hərbi-vətənpərvərlik mövzusu;
Yaşayış bölgəsinin, məhəllənin,
küçənin, həyətin
və təbiətin təsviri;
Müxtəlif peşə sahiblərinin obrazlarının təsviri.
Mədəniyyət.- 2019.- 1 mart.-
S.7.