Sərt üslub”un lirik boyakarı

 

 

Əməkdar rəssam Rafael Abasovun yubiley sərgisi

 

Sənətşünasların, həmkarlarının məhz bu cür təqdim etdiyi görkəmli fırça ustası, əsərləri çoxsaylı kolleksiyalarda muzeylərdə qorunub saxlanılan Əməkdar rəssam Rafael Abasov 75 illik yubiley təntənəsində sənətsevərlərin arasında idi.

Fevralın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Rəssamlar İttifaqının iştirakı ilə rəssamın yubileyinə həsr olunmuş fərdi sərgisi açıldı.

Rafael Abasov rəngkarlıq məkanında imzası axtarılan rəssamlardandır. Ölkəmizin, xüsusən Abşeron Naxçıvanın doğma təbiətini böyük sevgi ilə tərənnüm edən rəssamınQızıl payız”, “Qala”, “Neft qazmaçıları”, “Yaşıl göl”, “Qala kəndi”, “Gecə”, “Bilgəh”, “Bahar təranəsi”, “Qayalı sahil”, “Lerik mənzərəsi”, “Xınalığa gedən yoləsərlərində yaradıcı yanaşmanın təbiətlə harmoniyası əksini tapıb.

Rəssamın müxtəlif illərdə çəkdiyi mənzərə portretləri, süjetli tabloları, natürmortları maraqla izlənildi. Rəng harmoniyası, təsvirin daxili emosiyasını, çalarlar arasındakı rabitəni ustalıqla həll edən rəssamın mənzərə janrındakı tabloları xüsusilə cəlbedicidir.

Mikayıl Abdullayev Tahir Salahov kimi dünya şöhrətli sənətkarlardan dərs alan Rafael Abasov 1967-ci ildən başlayaraq respublika, ümumittifaq beynəlxalq sərgilərin iştirakçısıdır, əsərləri müxtəlif ölkələrdə nümayiş etdirilib.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev yubilyarı təbrik edərək ona yeni yaradıcılıq uğurları arzuladı. Bildirdi ki, Rafael müəllim özünün yaradıcılıq üslubu ilə seçilən rəssamlardandır. O, Azərbaycanın çağdaş təsviri sənətinin çətin mənəvi yükünü çiynində əzmlə daşıyan öz yaradıcılıq axtarışları ilə milli rəssamlıq məktəbimizin beynəlxalq miqyasda nüfuzunu qoruyan sənətkarlardandır.

Vurğulandı ki, portret janrının tanınmış ustalarından olan rəssam görkəmli şəxsiyyətlərin təsvirlərini fərqli çalarlarla kətana köçürərək dəyərli sənət əsərləri yaradıb. Bu insanların portretlərində onların realist təsviri ilə yanaşı, daxili dünyası da rəng üslub xüsusiyyətlərindəki özünəməxsusluq sayəsində ustalıqla əks etdirilib. Rəssamın böyük zövq məsuliyyətlə yaratdığı bu əsərlər müxtəlif muzey kolleksiyaların ən baxımlı nümunələrindəndir.

Vaqif Əliyev rəssamın həyat sənət yolundan bəhs etdi, özünü rəssamlığın fərqli janrlarında sınayan Rafael Abasovun özünəməxsus üsluba malik olduğunu dedi. Qeyd olundu ki, əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilən, 2006-cı ildə ölkə başçısının sərəncamı ilə Əməkdar rəssam fəxri adına layiq görülən fırça ustası bu gün maraqlı sənət nümunələri yaradır.

Rəssamın sənət dostlarıRəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov, xalq rəssamları Arif Hüseynov, Fuad Salayev başqaları müəllifin portret, natürmort mənzərə janrlarında əsərləri ilə milli incəsənət xəzinəmizin zənginləşməsinə töhfələr verdiyini dedilər.

Çıxış edənlər onu da xatırlatdılar ki, sənətdə öz yolunu yaratmaq istəyən R.Abasov Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, daha sonra M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alarkən bunu nümayiş etdirə bilib. Əsərlərinin bu gün Azərbaycanın ayrı-ayrı ölkələrin muzeylərini, nüfuzlu şəxsi kolleksiyaları bəzəməsi rəssamın əməyinə verilən dəyərdir.

Sonra söz yubilyara verildi. Sərginin təşkilinə çoxsaylı tamaşaçıların iştirakına görə hər kəsə təşəkkürünü bildirən R.Abasov bu diqqət qayğının, tamaşaçı sevgisinin onun yaradıcılıq əzmini daha da möhkəmləndirdiyini dedi.

Ardınca qonaqlar sərgi ilə tanış oldular.

Qeyd edək ki, rəssamın yubiley sərgisinə baxmaq istəyənlər martın 5-dək muzeyə baş çəkə bilərlər.

 

HƏMİDƏ

 

Mədəniyyət.- 2019.- 1 mart.- S.1;4.