Söz buketi, nəğmə çələngi”

 

 

 

Balakən şəhər Mədəniyyət Mərkəzində “Söz buketi, nəğmə çələngi” başlığı altında poeziya gecəsi keçirilib.

Balakən rayon “Çeşmə” ədəbi yazarlar birliyi ilə birgə təşkil olunan tədbirdə yerli qələm sahibləri ilə yanaşı, ZaqatalaAğdam rayonlarından qonaq gəlmiş yazarlar iştirak ediblər.

Şəki Regional Mədəniyyət İdarəsinin Balakən rayonu üzrə məsləhətçisi Şəfəq Hacıyeva tədbiri açaraq iştirakçıları salamlayıb. Sonra yerli yazarlar əsərlərindən nümunələr oxuyublar.

Mədəniyyət mərkəzinin direktoru Arzu Ocaqverdiyevin ifasında Nəsiminin, Füzulinin qəzəlləri səsləndirilib. Tənburda səslənən qədim el nəğmələri, Talalar kənd Mədəniyyət evinin bədii rəhbəri Rasim Əliqayevin ifa etdiyi mahnılar, Mədəniyyət mərkəzinin mahnı dərnəyinin üzvü, aşıq Bəhruz Rəhmanovun ifasında söylənilən şeirlər tədbir iştirakçılarında xoş ovqat yaradıb.

 

Mədəniyyət.- 2019.- 15 mart.- S.3.