Yeddinci Muğam televiziya müsabiqəsi başlandı
Məlahətli səsə sahib olmaq xüsusi istedaddır. Bu istedadın üzə çıxması üçün
geniş imkanlar gərəkdir. Elə bu
baxımdan ənənəvi
olaraq iki ildən bir təşkil olunan Muğam televiziya müsabiqəsi təqdirəlayiqdir.
Peşəkar münsiflər heyətinin
fikrincə, növbəti
dəfə muğamsevərləri
ətrafına toplayacaq
VII Muğam televiziya müsabiqəsini çox
gözəl səslər
bəzəyəcək.
Heydər
Əliyev Fondunun dəstəyi, Azərbaycan
Televiziyasının təşkilatçılığı,
Mədəniyyət Nazirliyinin
iştirakı ilə
keçirilən müsabiqəyə
martın 12-də Beynəlxalq
Muğam Mərkəzində
start verildi.
Builki müsabiqədə
20 iştirakçı qələbə
üçün mübarizə
aparacaq. Münsiflər heyəti layihənin
yekununda məlahətli
səsə sahib olan ən yaxşı gənc xanəndəni müəyyənləşdirəcək.
Xatırladaq ki, VII Muğam televiziya müsabiqəsində
iştirak üçün
ölkə üzrə
ümumilikdə 400 ifaçı
müraciət etmişdi. Regionlar üzrə
seçim və paytaxtda keçirilən dinləmələrdən sonra
onlardan 20-si layihədə
iştirak etmək hüququ qazanıb.
Münsiflər heyətinin tərkibinə
xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum
İbrahimov, Səkinə
İsmayılova, Mələkxanım
Əyyubova, Bəstəkarlar
İttifaqının katibi,
Əməkdar incəsənət
xadimi Sərdar Fərəcov və müsabiqənin icraçı
direktoru, Yazıçılar
Birliyinin katibi İlqar Fəhmi daxildir.
Müsabiqə hərhəftənin 2-civə
4-cü günlərində “Mədəniyyət” kanalı
vasitəsilə canlı olaraqyayımlanacaq.
Mədəniyyət.- 2019.- 13 mart.-
S.1.