“Baharın ətri” adlı rəsm sərgisi açılıb

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zirə qəsəbə Mədəniyyət mərkəzi və Zirə Eko-parkının birgə təşkilatçılığı ilə “Baharın ətri” adlı rəsm sərgisi keçirilib.

İdarədən bildirilib ki, əvvəlcə sərgi iştirakçıları simfonik musiqinin müşayiəti ilə qəsəbə Mədəniyyət mərkəzinin rəsm kursu şagirdlərinin əl işləri ilə tanış olublar. Qonaqlara sərgi üçün hazırlanmış kataloqlar, broşürlər təqdim edilib.

Mədəniyyət mərkəzinin direktoru Xumarə Əliyeva rəsm kursunun tələbələrini təbrik edib, onlara daha böyük nailiyyətlər arzulayıb.

Sonra rəsm kursunun şagirdlərinə diplom və hədiyyələr təqdim edilib.

 

Mədəniyyət.- 2019.- 15 mart.- S.3.