“Leylatəpə arxeoloji mədəniyyətinin keramikası”

 

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının ArxeologiyaEtnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin “Leylatəpə arxeoloji mədəniyyətinin keramikası” monoqrafiyası çapdan çıxıb.

İnstitutdan bildiriblər ki, kitab Son Xalkolit (Mis-Daş) dövründə - eramızdan əvvəl IV minilliyin birinci yarısında Cənubi Qafqazda, xüsusilə də Azərbaycan ərazisində yayılmış Leylatəpə arxeoloji mədəniyyətinin keramika məmulatının tədqiqinə həsr olunub.

Tədqiqata Azərbaycan ərazisində Leylatəpə, Adsıztəpə, Abdal-Əziztəpə, Şomulutəpə, Çinartəpə, Böyük Kəsik, Selaxan, Poylu, Ağılıdərə və digər yaşayış yerləri və Soyuqbulaq kurqanları kimi abidələrin elmi araşdırılması zamanı aşkar edilən geniş keramika materialı cəlb edilib. Kitabda Leylatəpə mədəniyyətinin keramikası Ön Asiya-Qafqaz kontekstində araşdırılıb və tədqiqat Cənubi Qafqazın qədim dövr sakinlərinin maddi və mənəvi mədəniyyəti tarixinə işıq salır.

Monoqrafiyanın elmi redaktoru tarix elmləri doktoru Nəcəf Müseyibli, rəyçiləri professor Qüdrət İsmayılzadə və tarix üzrə fəlsəfə doktoru Namiq Əliyevdir.

 

Mədəniyyət.- 2019.- 15 mart.- S.6.