Nəsiminin yubileyinə həsr olunan elmi sessiya

 

 

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.

Tədbirdə institutun direktoru, akademik Teymur Kərimli, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış ediblər. Nəsimi irsinin tədqiq təbliğ olunmasında zəngin ədəbi xəzinəyə malik Əlyazmalar İnstitutunun da üzərinə mühüm məsuliyyət düşdüyü vurğulanıb.

Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov “Professor Cahangir Qəhrəmanovun nəsimişünaslıq fəaliyyətimövzulu məruzəsində alimin elmi yaradıcılığının bu gün Nəsimi irsinin gənc tədqiqatçıları üçün doğru bir istiqamət olduğunu qeyd edib.

Sonra Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfovun “Nəsimi əsərlərinin Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan əlyazmaları”, institutun elmlər doktoru hazırlığı üzrə doktorantı, filologiya üzrə fəlsəfə doktoru Şəlalə Hümbətovanın “Salman Mümtaz Nəsimi tədqiqatçısı kimi”, institutun fəlsəfə doktoru hazırlığı üzrə dissertantı Nəzrin Atabəylinin “Nəsimi əlyazmalarının Türkiyə nüsxələri” mövzularında məruzələri dinlənilib.

 

Mədəniyyət.- 2019.- 15 mart.- S.6.