“Azərbaycan ədəbiyyatı antologiyası” Fransada nəşr edilib

 

 

 

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ədəbiyyatımızın dünyada tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi beynəlxalq layihənin – “Azərbaycan ədəbiyyatı antologiyası”nın növbəti nəşri  Fransada işıq üzü görüb.

Kitaba klassikçağdaş Azərbaycan ədəbiyyatının İsmayıl bəy Qutqaşınlı, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Süleyman Sani Axundov, Mir Cəlal, İlyas Əfəndiyev, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Yusif Səmədoğlu, Anar, Elçin, Mövlud Süleymanlı, Sara Oğuz, Dilsuz, Məmməd Oruc, Kamal Abdulla, Saday Budaqlı və digər yazıçıların ümumilikdə iyirmi səkkiz hekayəsi toplanıb.

Kitabın fransızca nəşrinin redaktoru Çhita Belgued, ön sözünün müəllifi akademik Nizami Cəfərovdur.

 

Mədəniyyət.- 2019.- 20 mart.- S.7.