Arxeoloqlarımız
Qazaxıstanda beynəlxalq konfransda
Qazaxıstanın Aktau şəhərində “Manqistaunun tarixi-mədəni irsinin öyrənilməsinə yeni baxış və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Səfər Aşurov, Mikayıl Mustafayev və Fidan Əliyeva təmsil ediblər.
Beynəlxalq konfransda Səfər Aşurovun “Xəzərin qərbində qədim şəhər”, Mikayıl Mustafayevin “Azərbaycanda Zilitəpə abidəsi”, Fidan Əliyevanın isə “İlk Tunc dövründə Naxçıvanda zoomorf fiqurlar” mövzusunda məruzələri dinlənilib.
Konfrans çərçivəsində
iştirakçılar Manqistau vilayətinin
ərazisində yerləşən Şakpak-ata
adlı X-XIII əsrlərə aid
yeraltı məsciddə, bu vilayətin
Tarix-diyarşünaslıq muzeyində və Otpan
tarixi-mədəni kompleksində olub, Akşukur kəndində keçirilən Amal bayramında iştirak
ediblər.
Mədəniyyət.- 2019.- 20 mart.-
S.6.