Avropa Tarixi Termal Şəhərlər
Assosiasiyasının növbəti toplantısı
Qəbələnin
termal infrastrukturu haqqında təqdimat maraqla
qarşılanıb
13-16
mart tarixində Yunanıstanın Loutra Pozar şəhərində
Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının
(EHTTA) növbəti Baş assambleyası keçirilib.
İclasda Afyon (Türkiyə), Ladek Zdroj (Polşa), İstiea (Yunanıstan), Clermont-Auvergne Métropole (Fransa), Archena (İspaniya), Baden Bei Wien (Avstriya), Monchique və Luso (Portuqaliya) şəhərlərinin EHTTA-ya bərabərhüquqlu üzv kimi qəbul olunması haqqında qərar verilib.
Qəbələ şəhərinin 2019-cu ildə assosiasiyaya üzv seçilməsi ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi, layihənin koordinatoru Günel Aslanova tərəfindən təqdimat keçirilib. Qəbələ rayonunun termal infrastruktur imkanları və Qəbələ Dövlət Tarix-Bədii Qoruğu haqqında geniş məlumat böyük maraqla qarşılanıb.
Təqdimatdan sonra çıxış edən EHTTA-nın prezidenti Cüzeppe Bellandi Azərbaycanın son illər təşkilatda aktiv fəaliyyətini bəyəndiyini və görülən işlərin, əməkdaşlığın bundan sonra da davam edəcəyini deyib. O, bu ilin yayında təşkilatın mütəxəssislərinin UNESCO-nun tədbirində iştirak etmək məqsədilə Azərbaycana səfəri çərçivəsində Qəbələ şəhərinə baş çəkəcəkləri və şəhərin üzvlüyə qəbul olunacağını bildirib.
Xatırladaq ki, 2016-cı
ildə Azərbaycanın Qalaaltı kurortu
Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasına bərabərhüquqlu
üzv seçilib və
2018-ci ilin mayında EHTTA-nın Baş assambleyası burada
keçirilib. EHTTA 2019-cu ildə 10-dan çox beynəlxalq sərgidə təmsil olunacaq və bu sərgilərdə
təqdim ediləcək rəsmi kataloqlarda
Qalaaltı haqqında da məlumatlar yer alıb. EHTTA-nın saytında həmçinin
Azərbaycanda il ərzində keçiriləcək
“Formula 1 Azerbaijan Grand Prix”
yarışları, V Mədəniyyətlərarası Dialoq Forumu, UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası barədə
də məlumatlar əksini tapıb.
Mədəniyyət.- 2019.- 20 mart.-
S.4.