Sevgietiraz” sərgisi

 

 

 

XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində azərbaycanlı nonkonformist rəssam Əşrəf Muradın “Sevgietiraz” adlı retrospektiv sərgisi açılıb.

“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə reallaşan sərgidə rəssamın Azərbaycan və xarici ölkələrdə müxtəlif kolleksiyalarda saxlanılan əsərləri nümayiş olunur. Bir sıra əsərlər isə ictimaiyyətə ilk dəfədir təqdim edilir.

Sərginin kuratoru Fərəh Ələkbərli məlumat verib ki, nümayiş olunan 50-dən çox əsər rəssamın yaradıcılığının tam spektrini əhatə edir. Ekspozisiyada müəllifin eskizalbom qaralamaları, rəngkarlıq nümunələri, fotoşəkilləri də yer alıb.

Bildirilib ki, sərgidə Əşrəf Muradın Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Azərbaycan Rəssamlar İttifaqında, Müasir İncəsənət Muzeyində, “Nar” qalereyasında, eləcə də Fərhad Əhmədovun, Fərhad Xəlilovun, Rəşad Babayevin, Elçin Səfərovun, Xəyyam Mirzəzadənin kolleksiyalarında yer almış əsərləri və Ramiz Abutalıbovun, Rafael Gülməmmədovun və Vüqar Muradovun arxivlərindən əldə edilmiş materiallar nümayiş olunur.

Əşrəf Muradın 1950-ci illərin sonlarından başlayaraq ömrünün sonunadək yaratdığı əsərləri özündə cəmləşdirən ekspozisiya sənətkarı realist rəssam və dövrünün siyasi mühitinin həssas təfsirçisi kimi təqdim edir. Rəssamın parlaq palitrası tünd, kompozisiyaları lakonik, monumental, ümumiləşdirilmiş və kətanın ölçülərinə görə hiperbolik olub. Əsasən ikiportretnatürmort janrlarında işləyən rəssamın kompozisiyaları yüksək daxili gərginlik hissi, sirr qalan mistik qüvvə təəssüratı yaradır. Əşrəf Murad yaradıcılığı növbəti nəsil rəssamlar üçün ilham mənbəyinə çevrilib.

Martın 16-dan ictimaiyyət üçün açıq olan sərgi iyunun 16-dək davam edəcək.

 

Mədəniyyət.- 2019.- 20 mart.- S.8.