60 illik yubileyləri
münasibətilə...
Gəncə Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Ramiz Vəliyev, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Nəsibə Eldarova və Mingəçevir Dövlət Dram Teatrının baş rəssamı, Əməkdar rəssam Rafael Haşımov mədəniyyət sahəsində uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə, habelə 60 illik yubileyləri münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə mükafatlandırılıb.
* * *
Əməkdar artist Ramiz Hidayət oğlu Vəliyev 5 fevral 1959-cu ildə anadan olub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət
İnstitutunun Dram və
kino aktyorluğu fakültəsini bitirib.
1985-ci ildən Gəncə Dövlət
Dram Teatrının aktyorudur.
Teatrın səhnəsində yaratdığı
Apollon (“Sokratla söhbət”, E.Radzinski), Prokuror, Cəbi (“Cavan qadına yaraşan kişi”, “Təhminə və Zaur”, Anar), Əşrəf
(“Dəli Kür”, İ.Şıxlı), Kamal
(“Əliqulu evlənir”,
S.Rəhman), Əziz bəy (“Mürafiə vəkilləri”, M.F.Axundzadə), Mahmud bəy (“Müsibəti-Fəxrəddin”, N.Vəzirov), Cahangir, Nicat (“Atayevlər ailəsi”, “Mahnı dağlarda qaldı”, İ.Əfəndiyev), Oqtay
(“Oqtay Eloğlu”, C.Cabbarlı) və başqa obrazlar maraqla qarşılanıb.
Mədəniyyət sahəsində xidmətinə görə
2006-cı ildə Əməkdar
artist fəxri adına layiq görülüb, 2013-cü ildə
“Tərəqqi” medalı
ilə təltif edilib.
* * *
Əməkdar artist Nəsibə Novruz qızı Eldarova 15 yanvar 1959-cu ildə Bakıda anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun
Dram və kino aktyorluğu fakültəsini
bitirib, 1982-1989-cu illərdə
“Azərbaycanfilm” kinostudiyasında,
1989-2009-cu illərdə Dövlət
Gənclər Teatrında
çalışıb. 2009-cu ildən Gənc
Tamaşaçılar Teatrında
fəaliyyətini davam
etdirir.
Aktrisa bu illər ərzində
Gertruda, Ledi Makbet (“Hamlet”, “Makbet”, U.Şekspir), İblis (“İblis”, H.Cavid), Karmen (“Karmen”, P.Merime), Leyli (“Leyli və Məcnun”,
M.Füzuli), Klementina
(“Herostratı unudun”, Q.Qorin), Qız, Taclı xanım (“Şah İsmayıl”, K.Abdulla), Xoşbəxt, Ceyran, Həvva (“Ünvansız qatar”, “Onun iki qabırğası”,
“Varlı qadın” – Ə.Əmirli), Qız, Aktrisa (“İnək”, “Olum, ya ölüm”,
N.Hikmət), Xanım Prisselius (“Uzuncorab Pippi”, A.Lindqren) və başqa obrazlarda səhnəyə
çıxıb, həmçinin
“Bəyin oğurlanması”,
“Yuxu” və s. filmlərdə
də yaddaqalan rollar oynayıb.
2014-cü
ildə Əməkdar
artist fəxri adına, 2018-ci ildə
Prezident mükafatına
layiq görülüb.
* * *
Əməkdar rəssam Rafael Zeynal
oğlu Haşımov
1959-cu il yanvar ayının 28-də
Mingəçevir şəhərində
anadan olub. 1983-cü ildə Əzim Əzimzadə adına
Dövlət Rəssamlıq
Məktəbini, 1989-cu illərdə
M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun
Rəssamlıq fakültəsini
bitirib.
Yaradıcılıq fəaliyyətinə 1990-cı ildə Mingəçevir Dövlət Dram Teatrında
quruluşçu rəssam
kimi başlayıb,
2000-ci ildən teatrın
baş rəssamıdır. Bu müddət
ərzində 100-dən artıq
tamaşaya (H.Cavidin “Afət”, M.Hüseynin “Cavanşir”, “Şeyx Şamil”, İ.Mərcanlının
“Xocalı notları”,
T.Vəliyevanın “Mənim
ağ göyərçinim”,
C.Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi”, A.Mədətovun
“Aylı gecə”, R.Rəhimlinin “Gizli məhəbbət” tamaşaları
və s.) bədii tərtibat verib. Quruluşçu rəssamı olduğu
H.Cavidin “Ana” tamaşası
2003-cü ildə “Qızıl
dərviş” mükafatına
layiq görülüb.
Rafael Haşımov
2013-cü ildə Əməkdar rəssam fəxri adına layiq görülüb,
2018-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.
Mədəniyyət.- 2019.- 20 mart.-
S.5.