Antalyada “Beynəlxalq Novruz
zirvəsi”
Türk dünyasının Novruz bayramını qeyd etdiyi günlərdə qardaş xalqları bir araya toplamaq, onların mədəniyyətini, mədəni irsini tanıtmaq və təbliğ etmək məqsədilə İKSAD tərəfindən Türkiyənin Antalya şəhərində II “Beynəlxalq Novruz zirvəsi” təşkil edilib. Müxtəlif mövzularda simpoziumlardan ibarət tədbir 20-23 mart tarixində gerçəkləşib.
“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən tədbirə “Azərbaycanda aşkar edilmiş ilk Paleolit abidələri” adlı məqalə təqdim edilib. Məqalə təşkilatçıların marağına səbəb olub və iştirak üçün qoruğa dəvət məktubu göndərilib.
Tədbirdə iştirakçılara Azərbaycanın
qərb bölgəsində yerləşən tarixi
abidələr haqqında məlumat verilib
və slayd nümayiş
etdirilib.
Mədəniyyət.- 2019.- 29 mart.-
S.2.