“Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni

 

 

 

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Cəfər Cabbarlının 120 illik yubileyi müxtəlif tədbirlərlə qeyd olunur. Dramaturgiyamızın təşəkkülü və yüksəlişində yeni mərhələnin təməlini qoyan ədibin əsərləri milli teatrın da inkişafında mühüm rol oynayıb.

Martın 28-də AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda “Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomenimövzusunda respublika elmi-praktik konfransı keçirildi.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU), C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən konfransda ədibin çoxşaxəli yaradıcılığına nəzər salındı.

Tədbirdə açılış sözü söyləyən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Cəfər Cabbarlının yaradıcılıq yolundan danışdı. O, ədibin şəxsiyyət azadlığı və humanizmin, milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olduğunu qeyd etdi. Çoxcəhətli ədəbiictimai fəaliyyəti boyunca daim xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışdığı və buna müvəffəq olduğu vurğulandı.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Ərtegin Salamzadə milli mədəniyyət tarixinə adı qızıl hərflərlə yazılmış, həm yüksək bədii səviyyəsi, həm də ideya-məzmunu ilə hər zaman dəyərini və aktuallığını qoruyan C.Cabbarlı yaradıcılığının məziyyətlərindən söz açdı.

ADMİU-nun rektoru, sənətşünaslıq elmləri doktoru, professor Ceyran Mahmudova milli dramaturgiyamızda ayrıca epoxa yaradanbütün məqamlarda özünün aktuallığını qoruyan ədəbi irsə malik ədibin irsinin tədqiqində yeni baxış olacaq bu konfransın keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirdi. Cabbarlı yaradıcılığının rəhbəri olduğu universitetlə üzvi bağlılığından danışdı.

Ədibin adını daşıyan Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova bu konfrans vasitəsilə C.Cabbarlının həmişəyaşar yaradıcılığını bir daha tədqiqat obyektinə çevirmək, onun milli ədəbiyyatın, teatrkino sahələrinin inkişafındakı müstəsna xidmətlərinə işıq salmaq istədiklərini diqqətə çatdırdı.

SonraAranfilm” yaradıcılıq mərkəzinin istehsalı olan, Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş “Zülmətdən doğan işıq” sənədli filmi təqdim olundu.

Ardınca müxtəlif institutali təhsil müəssisələrində çalışan sənətşünasların məruzələri dinlənildi. “Azərbaycan teatr fikrinin formalaşmasına C.Cabbarlı məqalələrinin təsiri”, “Azərbaycan teatrında C.Cabbarlı fenomeni”, “Qadınların ayağının altındakı cənnət (“Almaz” filmində gender problemi)”, “C.Cabbarlı irsində milli mədəniyyət konsepsiyası”, “Almaz: yeni zamanın müstəvisində”, “C.Cabbarlı yaradıcılığında insan problemi”, “C.Cabbarlı yaradıcılığında soyqırımı faciəsinin bədii əksi” kimi məruzələr maraqla qarşılandı.

Sonda konfrans iştirakçıları ədibin həyat və yaradıcılığı, əsərlərinin səhnə ömürlüyünü əks etdirən fotosərgi ilə tanış oldular.

 

HƏMİDƏ

 

Mədəniyyət.- 2019.- 29 mart.- S.1-2.