Stanford Universitetində
Azərbaycan musiqisi təqdim edilib
ABŞ-ın Şimali
Kaliforniya ştatında
yerləşən Stanford Universitetində
ölkəmizin Los-Ancelesdəki
baş konsulluğunun
dəstəyi ilə keçirilən konsertdə
Azərbaycan musiqisi təqdim olunub.
Baş konsulluqdan bildirilib ki, ABŞ-da yaşayan və bu nüfuzlu universitetdə Azərbaycan
və Mərkəzi Asiyanın türkdilli xalqlarının musiqisini tədris edən azərbaycanlı kamança
ifaçısı İmamyar
Həsənov və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllimi, tar ifaçısı
Rüfət Həsənovun
təqdimatında keçirilən
konsertdə universitetin
tələbələri müxtəlif
musiqi alətlərində
milli musiqi nümunələrimizi ifa
ediblər.
Konsertdən öncə Stanford Universitetinin
Musiqi fakültəsinin
professoru Denis Gil çıxış
edərək, Azərbaycan
muğamı və ölkəmizin zəngin musiqi irsini yüksək
qiymətləndirdiyini, məşhur
kamança ifaçısı
İ.Həsənovun yaradıcılığı
ilə hələ Stanforda gəlməmişdən
öncə yaxından
tanış olduğunu bildirib. O, İ.Həsənovla birgə
Stanfordda Azərbaycan və Mərkəzi Asiya musiqisini tədris etməkdən məmnun olduğunu bildirərək, kursun tələbələrinin belə
bir konsertinin keçirilməsini əlamətdar
hadisə adlandırıb.
İ.Həsənov çıxışında Azərbaycanın
zəngin musiqisi, mədəniyyəti, Azərbaycan
muğamı haqqında
ətraflı məlumat
verib. O, Azərbaycan muğamının 2003-cü ildə
UNESCO tərəfindən bəşəriyyətin
qeyri-maddi irsinin şah əsəri elan olunduğunu, 2008-ci ildə isə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına
daxil edildiyini vurğulayıb.
Çıxışlardan sonra İ.Həsənov və tarzən R.Həsənov tələbələrin
müşayiəti ilə
Azərbaycan muğamı,
xalq və bəstəkar mahnılarından
nümunələr ifa
ediblər.
Qeyd edək ki,
2013-cü ildən Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü
və dəstəyi ilə Stanford Universitetində
İmamyar Həsənov tərəfindən
“Azərbaycan musiqisi” kursu
tədris olunur.
Mədəniyyət.- 2019.- 29 mart.- S.4.