Elə yaz ki...

 

 

Teymur Elçinin yaradıcılığı bu gün də oxucuların ruhunu hikmət və səmimiyyət nuru ilə doldurur

 

Ədəbiyyatımızda uşaqlar üçün qələmə alınan bədii nümunələrin mühüm yeri var. Balaca oxuculara ünvanlanan əsərlər onların saf, zərif dünyasının zənginləşməsinə, dünyagörüşünün genişlənməsinə xidmət edir.

Xalq şairi Səməd Vurğun uşaq ədəbiyyatının əhəmiyyətini vurğulayaraq deyirdi: “Biz uşaqla danışdığımız zaman insanla danışdığımızı, uşaq üçün yazdığımız zaman insan üçün yazdığımızı unutmamalıyıq... Uşaq üçün yazılmış hər bir əsərin əsasında məna gözəlliyi yaşamalıdır”. Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Rəşid bəy Əfəndiyev, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq və başqaları Azərbaycanda uşaq ədəbiyyatının inkişafında böyük rol oynayıblar.

XX yüzilliyin ikinci yarısından sələflərin bu istiqamətdə yaradıcılıq ənənələrini uğurla davam etdirən müəlliflər arasında görkəmli şair, publisist, tərcüməçi, Dövlət mükafatı laureatı Teymur Elçin xüsusi yer tutur. Martın 28-də mərhum şairin dünyaya gəlişinin 95 ili tamam oldu.

Teymur Süleyman oğlu Əliyev (Teymur Elçin) 1924-cü ildə Şuşa şəhərində anadan olub. Sonra ailələri Bakıya köçüb, o, paytaxtdakı 132 saylı orta məktəbdə təhsil alıb. 1941-ci ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunub. Tələbə ikən ictimai əsaslarla Radio Komitəsində ştatdankənar müxbir, diktor işləyib. Böyük Vətən müharibəsinin son illərində (1943-1945) hərbi xidmətdə olub. Ordudan tərxis olunduqdan sonra ali təhsilini davam etdirib və 1948-ci ildə universiteti bitirib.

Teymur Elçin ədəbi yaradıcılıqla bərabər, bir çox məsul vəzifələrdə işləyib, 1957-1964-cü illərdə Respublika TeleviziyaRadio Verilişləri Komitəsinin sədri, 1975-1988-ci illərdə mədəniyyət nazirinin müavini olub, bir neçə dəfə Ali Sovetin deputatı seçilib.

Ədəbi fəaliyyətə orta məktəb illərindən başlayan şairinİspaniya qəhrəmanlarına” adlı ilk şeiri 1938-ci ildə çap olunub. İlk yaradıcılıq nümunələrindən dilimizin zəngin imkanlarından məharətlə istifadə edən Teymur Elçin sonralar məsul vəzifələrdə çalışanda da Azərbaycan dilinin qorunmasına xüsusi həssaslıqla yanaşıb, gənc yazarlara yaradıcılıqlarında yabançı söz və ifadələrdən qaçmağı məsləhət görüb. Qar qız”, “Bip-bip”, “Qulaq asın, danışım”, “Qızulduz”, “YaşarNur nənə”, “Bahar, adlar, uşaqlar”, “Şeirlər, nəğmələr, tapmacalar, yanıltmaclar”, “Laylalar”, “Şəkərim, duzum”, “Balaca Aytən”, Torağayın nəğməsi” və “Toğrul babanın nağılları” və s. kitabları uşaqlar tərəfindən sevinclə qarşılanıb, əsərləri keçmiş SSRİ-nin müttəfiq respublikalarında çap edilib.

Uşaq qəlbini, uşaq dünyasını nəcib duyğularla, musiqi və şeriyyətlə, xəyal və gözəlliklə doldurmaq, çırpındırmaq, həm də onları həqiqəti dərk etmək vasitəsinə çevirmək çətin olduğu qədər də şərəflidir. Əgər böyüklər üçün yazmaq bir istedad tələb edirsə, uşaqlar üçün bu, ikiqat istedad tələb edir. Teymur Elçinin kəlamları kül altında köz kimidir. Onun kitablarının hər səhifəsində oxucunu həyəcanlandıran təsvir və ifadələrə rast gəlmək mümkündür. O, dünya uşaq ədəbiyyatının ən yaxşı ənənələrini həm öyrənir, həm də müvəffəqiyyətlə inkişaf etdirirdi.

Onun nağılları təkcə uşaqlar üçün olmurdu. Onların hökmən ikinci qatı vardı və həmin o ikinci qat böyükləri də düşünməyə, əhvalatdan fəlsəfi məna çıxarmağa məcbur edirdi.

Şairin əsərlərini nəzərdən keçirəndə belə qənaətə gəlirsən ki, müəllif bütün varlığı ilə, bütün istedadı ilə uşaq ədəbiyyatına bağlı olub. Sadəlik, yığcamlıq, musiqililik, adi həqiqətləri uşaqlara sevdirə biləcək şeriyyətlə tərənnüm onun poeziyasının başlıca məziyyətlərindəndir. Bu məqamda şairin balacaların dillər əzbəri olan “Sərçə” şeirini xatırlayaq:

Səhər-səhər bağçada,

Bir sərçə dən yeyirdi.

Hərdən baxıb üzümə,

Cik-cik, cik-cikdeyirdi.

O yedi, doydu, qaçdı,

Birdən itdi gözümdən,

Bəs o balaca sərçə

Hara getdi gözümdən?!

Çox çağırdım, gəlmədi,

Tutdu ağlamaq məni.

Birdən kolun dalından

Uçan gördüm sərçəni.

O uçdu, uçdu, uçdu,

Qondu yaşıl budağa.

Ha çağırdım, gəlmədi,

Uçub getdi uzağa.

Teymur Elçin balaca dostları ilə açıq, səmimi, mehriban danışır, eyni zamanda ciddi, tələbkar valideyn kimi ünsiyyət qururdu. Şairin yaradıcılığı bu gün balaca oxucuların ruhunu hikmət səmimiyyət nuru ilə doldurur. Sözlərin müxtəlif məna çalarlarını, xalq dilinin zəngliyini, əlvanlığını, poetikliyini, vətənsevərlik duyğularını uşaqlara çatdırır. OnunGözəl vətənşeiri sanki musiqi üstündə qələmə alınıb:

Oxuyuruq, nəğməmiz

Uzaqlara yayılsın,

Səsimizdən hər tərəf

Tez yuxudan ayılsın.

Gözəl vətən, can vətən,

Bizə mehriban vətən.

Qarlıdır, vüqarlıdır

Papağı şiş dağların.

Barlıdır, baharlıdır

Tarlaların, bağların.

 Gözəl vətən, can vətən,

Qoynu gülüstan vətən.

Sən xoşbəxt böyüdürsən

Bizi hər gün, hər saat.

Daim ucalaq deyə

Bizə verirsən qanad.

Gözəl vətən, can vətən,

Hər gün ucalan vətən.

Teymur Elçin tərcümə ilə məşğul olub. İ.V.Turgenev, S.Marşak, K.Çukovski, P.Voronko, Y.Raynis başqalarının əsərlərini dilimizə çevirərək Azərbaycan oxucusuna çatdırıb. O, eyni zamanda dünya xalqlarının folklor nümunələrini tərcümə edib. Rus, belarus, latış, moldav, ingilis, çex, fransız, yapon, yunan, eləcə Şimali Qafqaz xalqlarının folklor nümunələrinin xeyli hissəsini dilimizə çevirib. Fərqli xalqların şifahi söz boğçasından etdiyi tərcümələr sadəliyi poetik axıcılığı ilə seçilir. Onun tərcümələri öz bədii yaradıcılığı qədər diqqətəlayiqdir. Məsələn, şairin rus folklorundan etdiyi iki misralıq tərcüməyə diqqət yetirək: “Keçi, keçi, keçicik, Ayaqları kiçicik”.

Görkəmli şairin sözlərinə xeyli mahnı bəstələnib. O, Tofiq Quliyev, Rauf Hacıyev, Əşrəf Abbasov, Süleyman Ələsgərov, Oqtay Zülfüqarov, Oqtay Rəcəbov başqa bəstəkarlarla birlikdə çalışıb. Fikrət Əmirovla şairi çox yaxın yaradıcılıq əlaqələri birləşdirib.Göygöl”, “Toy mahnısı”, “De görüm, neyləmişəm”, “Gülür ellər s. kimi məşhur mahnılar bu əməkdaşlığın bəhrəsidir. Bəstəkar Vasif Adıgözəlovla birgəQarabağ şikəstəsioratoriyasına görə (sözlərin müəllifi kimi) 1990-cı ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb.

Qələmi daha çox uşaq könüllərini ehtizaza gətirən bədii nümunələr yazan Teymur Elçin baharda dünyaya gəldiyi kimi, elə baharın bir addımlığında da (14 mart 1992-ci il) dünyadan köçdü.

Onun balacaların qəlbinə mənəvi zənginlik, sevgi səmimiyyət toxumları səpən poeziyası heç vaxt bahar təravətini itirməyəcək. Həm ona görə ki, o, qərəz, kin-küdurət bilməyən könüllərə xitab edib. vaxta qədər ki, dünyada uşaqlar var, Teymur Elçin şeirləri yaşayacaq. Axı o, körpə nəfəsinə and içən şairdir:

Qitələr qulaq assın

Ürəyimin səsinə:

- Müqəddəstək and içək

Bir körpə nəfəsinə...

 

Aynurə ƏLİYEVA

 

Mədəniyyət.- 2019.- 29 mart.- S.1;7.