Doğma yurdda bahar ovqatı
Cocuq Mərcanlı kəndində Novruz bayramı münasibətilə el şənliyi keçirilib
Martın 12-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin “Qayıdış” parkında Novruz bayramı münasibətilə şənlik keçirildi. Tədbir Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Cəbrayıl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə reallaşdı.
Mərasimdə mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Cocuq Mərcanlı kənd sakinləri, N saylı hərbi hissənin əsgərləri və digər qonaqlar iştirak edirdi.
Əvvəlcə bayram tonqalı yandırıldı. Tədbir iştirakçıları Biləsuvar, Kürdəmir və Sabirabad regional mədəniyyət idarələrinin təşkil etdiyi dekorativ-tətbiqi sənət sərgisi, el sənətkarlarının əl işləri, rəsm əsərləri, milli mətbəx nümunələri ilə tanış oldular. Sərgidə bayram xonçaları, müxtəlif növ şirniyyatlar, səmənilər və xalça nümunələri nümayiş olunurdu.
Kosa və Keçəlin zarafatları, şən musiqi nömrələri hər kəsdə xoş ovqat yaratdı.
Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Rafiq Bayramov tədbir iştirakçılarını salamlayaraq öz təbriklərini çatdırdı: “Əziz qonaqlar və Cocuq Mərcanlı kəndinin sakinləri! Sizi Yel çərşənbəsi və qarşıdan gələn Novruz bayramı münasibətilə Mədəniyyət Nazirliyinin kollektivi adından təbrik edirəm. 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusu tərəfindən azad edilən və dövlət başçısının xüsusi diqqəti sayəsində qısa müddətdə yenidən qurulan Cocuq Mərcanlıda bayram tədbirinin keçirilməsi böyük rəmzi məna daşıyır. Bu bir daha göstərir ki, biz bütün işğal olunmuş torpaqlarımızı azad edəcəyik”.
Nazir müavini bildirdi ki, 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi və müasir hərb tariximizə azadlıq döyüşü kimi yazılan uğurlu Horadiz əməliyyatı zamanı Füzuli rayonunun 22 kəndi ilə bərabər Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də işğaldan azad edilmişdi: “2016-cı ilin aprelində Azərbaycan Ordusu Ermənistan işğalçı qüvvələrinin təxribatına layiqli cavab verməklə tariximizə daha bir şanlı səhifə yazdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağımız, o cümlədən Lələtəpə yüksəkliyi işğaldan azad olundu. Ordumuz strateji əhəmiyyətli əraziləri nəzarətə götürdü. Nəticədə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində həyat öz axarına döndü. Sakinlərin öz kəndində yenidən məskunlaşması doğma yurda böyük qayıdışın möhtəşəm başlanğıcı oldu. Bu qayıdış əsl qəhrəmanlıq salnaməsi, torpağa bağlılığın parlaq nümunəsidir”.
Rafiq Bayramov çıxışının sonunda bir daha qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini çatdırdı, xoş arzularını bildirdi.
Tədbir daha sonra konsert
proqramı ilə davam etdi. Konsertdə
xalq artistləri Bilal Əliyev, Gülyanaq Məmmədova,
əməkdar artistlər
Səbuhi İbayev, Nüşabə Ələsgərli,
Ehtiram Hüseynov və başqalarının
ifasında xalq və bəstəkar mahnıları səsləndi.
Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı üzvlərinin,
Əməkdar mədəniyyət
işçisi, aşıq
Ağamurad İsrafilov,
habelə Vüsal Zamanov, Şirvan Folklor ansamblı, Füzuli rayonu Mahmudlu-1 kənd Uşaq musiqi məktəbinin müəllimi Novruz Ağayev, Cocuq Mərcanlı kənd tam orta məktəbinin “Vətənpərvərlər” qrupu, Füzuli rayon Böyük Bəhmənli
kənd Uşaq musiqi məktəbinin məzunu Xəqani Şahbazov və başqalarının çıxışları
da alqışlarla qarşılandı. Konsert proqramı
tamaşaçılara əsl
bayram əhval-ruhiyyəsi
yaşatdı.
Qeyd edək ki, Cocuq
Mərcanlı kəndi
1994-cü ilin yanvarında
işğaldan azad olunsa da, Lələtəpə
yüksəkliyi ermənilərin
nəzarətində qaldığından
burada sakinlərin təhlükəsiz
yaşayışı mümkün
deyildi. 2016-cı ilin Aprel döyüşlərində
Lələtəpə yüksəkliyinin
azad olunması bu təhlükəni aradan qaldırdı.
Prezident İlham Əliyevin sərəncamları
ilə Cocuq Mərcanlıda birinci mərhələdə 50 evin,
məktəb binasının,
məscidin, elektrik yarımstansiyasının tikintisi
həyata keçirildi,
qaz, elektrik, rabitə, içməli su xətləri, uzunluğu 9 kilometr olan avtomobil yolu çəkildi. Kənddə tikinti işlərinin növbəti
mərhələsində daha
100 ev, uşaq
bağçası, tibb
məntəqəsi, poçt,
klub-icma mərkəzi
üçün binalar
və digər zəruri infrastruktur obyektləri, “Qayıdış”
parkı inşa edilib.
Bu gün dövlətimizin
diqqət və qayğısı sayəsində
Cocuq Mərcanlıda həyat öz axarı ilə davam edir. Sakinlər məcburi
köçkünlük həyatına
son qoyaraq doğma kəndlərində, abad ev-eşiklərində yeni
həyata başlayıblar.
Martın 12-də “Qayıdış” parkında Novruz bayramı münasibətilə
gerçəkləşən təntənəli mərasim
və el şənliyi
bunun bir daha nümayişi oldu.
Fariz HÜSEYNOV
Mədəniyyət.- 2019.- 13 mart.-
S.1-2.