Teatrkonsert müəssisələri işçilərinin maaşları 50 faiz artırılıb

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də teatrkonsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, ölkəmizdə teatr sənətinin daha da inkişaf etdirilməsi, teatrkonsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsindən maliyyə yardımı alan teatrkonsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşları 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılıb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə sərəncamın icrası ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb.

 

Mədəniyyət.- 2019.- 13 mart.- S.1.