Bakıda növbəti “Testene-Art” festival-müsabiqəsi
keçiriləcək
14-17 martda paytaxtımızda
“Testene-Art” III Beynəlxalq
incəsənət festival-müsabiqəsi
keçiriləcək. Tədbir
Bakı Şəhər
Mədəniyyət Baş
İdarəsinin dəstəyi,
İtaliya Beynəlxalq
Mədəniyyət Assosiasiyasının
və Cövdət Hacıyev adına
3 nömrəli onbirillik
Musiqi məktəbinin
təşkilatçılığı ilə gerçəkləşəcək.
Martın 12-də Bakı Şəhər Mədəniyyət Baş
İdarəsində festival-müsabiqəyə hazırlıqla
bağlı görüş
keçirilib.
Baş idarənin rəisi Cəlil Məlikov,
festival-müsabiqənin təşkilat
komitəsinin üzvləri,
İtaliya Beynəlxalq
Mədəniyyət Assosiasiyasının
prezidenti Zayka İnessa, vitse-prezidenti Olqa Naymuşina və bədii rəhbəri İqor Bubençikovun iştirakı
ilə festivala son hazırlıq işləri,
gələcək birgə
fəaliyyət haqqında
fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, müsabiqə
instrumental, vokal, rəqs,
teatr, folklor, moda və dizayn,
dekorativ-tətbiqi sənət,
xalq çalğı
alətləri nominasiyaları
üzrə təşkil
ediləcək. Yarışmada müxtəlif yaş
qrupları üzrə
respublikamızdan və
müxtəlif ölkələrdən
kollektivlər iştirak
edəcək.
Görüşdə müsabiqənin
münsiflər heyətində
yer alan
mütəxəssislər tərəfindən
Bakının musiqi və incəsənət məktəblərində fortepiano, skripka ixtisasları və rəssamlıq üzrə ustad dərslərinin təşkil
olunması haqqında
razılıq əldə
edilib.
“Testene Art Baku” Beynəlxalq
festival-müsabiqəsi ilk dəfə
2016-cı ildə keçirilib.
Builki festival-müsabiqənin
qaliblərinin mükafatlandırma
mərasimi və qala-konserti martın 17-də
Azərbaycan Teatr Xadimləri İttifaqında
keçiriləcək.
LALƏ
Mədəniyyət.- 2019.- 13 mart.-
S.2.