Kuklaçıların “Kəloğlan”ı
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 10 mart – Milli teatr günündə də premyera ilə balacaların görüşünə gəldi.
Teatr bayramını həm yaradıcı heyət, həm də tamaşaçılar üçün yaddaqalan etmək üçün tamaşadan öncə milli teatr tariximiz, teatrın keçdiyi inkişaf yolu barədə çıxışlar oldu.
Sonra tamaşaçılara məşhur türk xalq nağıllarından “Kəloğlan masalları” əsasında hazırlanan tamaşa təqdim olundu.
Səhnə işində tamaşaçılar tarixi qədimlərə gedib çıxan milli gərdək oyunu, ulu şaman ifası, klassik kukla sənətinin çağdaş tərtibat (işıq və dekor) və səs çalarlarını birlikdə izlədilər.
Səhnələşdirəni və
quruluşçu rejissoru
teatrın baş rejissoru
Qurban Məsimov, quruluşçu
rəssamı Əfşan Əsədova olan
“Kəloğlan”da rolları teatrın aparıcı
aktyorları Cavid İbrahimov,
Aygül Ağayeva, Vüsal Hüseynov, Araz Həsənli ifa edirlər.
Mədəniyyət.- 2019.- 13 mart.-
S.5.