Oturacaqlara yer verilib

 

 

 

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubunun üzvü Orxan Ağazadənin “Oturacaqlarfilmi Türkiyədə keçirilən 7-ci “Changing Perspectives” qısametrajlı film festivalının əsas mükafatına (“Potluck”) layiq görülüb.

Kinostudiyadan bildirilib ki, azərbaycanlı və ingilis kinematoqrafçıların birgə ərsəyə gətirdiyi filmin ssenaristiquruluşçu rejissoru Orxan Ağazadə, quruluşçu operatoru Kameron Vard, quruluşçu rəssam və kostyum dizaynı Lara Zeidan, musiqi müəllifi Məməd Ansa, baş prodüseri Mina Salimi, prodüserləri Azər Həsənov və Ruslan Ağazadədir. Rolları Səyyad Əliyev, Zülfiyyə Nəzər Məmmədova, İsgəndər Abbasov və başqaları oynayırlar.

 

Mədəniyyət.- 2019.- 13 mart.- S.8.