Milli teatr günündə
teatra ekskursiya
10 mart – Milli teatr
günü münasibətilə
Sumqayıt şəhər
4 saylı Diyarşünaslıq
klubunun müəllim və şagird kollektivinin Sumqayıt Dövlət Dram Teatrına
ekskursiyası təşkil
edilib.
Qrim otağı, butafor və kostyum sexləri, rəssam emalatxanası ilə tanış olan ekskursiya iştirakçılarına Sumqayıt
Dövlət Dram Teatrının
50 illik fəaliyyətini
əks etdirən sərgi-afişa haqqında
məlumat verilib.
Sonra tamaşa
zalında teatrın direktoru Mübariz Həmidov və yaradıcı kollektivin üzvləri çıxış
edərək bayram münasibətilə teatr
sahəsində çalışanları
və tamaşaçıları
təbrik ediblər. Çıxışlar zamanı mədəniyyət
və incəsənət
sahəsinə göstərilən
dövlət dəstəyindən
danışılıb, teatrın
keçdiyi zəngin yaradıcılıq yolundan
söhbət açılıb.
Sonda M.F.Axundzadənin
“Müsyö Jordan və
dərviş Məstəli
şah” komediyası göstərilib.
Qeyd edək ki,
bu əsər Sumqayıt teatrının səhnəsində
ilk dəfə 1969-cu ildə Xalq artisti Cənnət Səlimovanın
quruluşunda səhnələşdirilib.
Hazırkı quruluşun müəllifi
isə Xalq artisti Firudin Məhərrəmovdur.
Mədəniyyət.- 2019.- 13 mart.-
S.4.