Azərbaycanla Əfqanıstan arasında mədəniyyət
sahəsində əməkdaşlıq memorandumu
imzalanıb
Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VII Qlobal Bakı Forumunda iştirak edən Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.
Dövlətimizin başçısı Əfqanıstan Prezidentinə Azərbaycana səfərinə və VII Qlobal Bakı Forumunda iştirakına görə minnətdarlığını bildirib. Bu səfərin ölkələrimiz arasında iqtisadi, ticarət, enerji və digər sahələrdə əməkdaşlıq üçün yeni fürsətlər yaradacağı qeyd edilib.
Prezidentlər tərəfindən Azərbaycanın Əfqanıstanda sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasına verdiyi töhfələr yüksək qiymətləndirilib.
Əfqanıstan Prezidenti əlaqələrin inkişafı baxımından müxtəlif sahələrdə böyük perspektivlərin olduğunu deyib.
Sonra prezidentlər İlham Əliyevin və Məhəmməd Əşrəf Qaninin iştirakı ilə Azərbaycan-Əfqanıstan sənədləri imzalanıb.
İki ölkə arasında dəmir yolu nəqliyyatı, informasiya və kommunikasiya texnologiyaları sahələrində əməkdaşlıq sazişləri imzalanıb.
“Azərbaycan Respublikası
Hökuməti ilə Əfqanıstan İslam
Respublikası Hökuməti arasında mədəniyyət
sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev
və Əfqanıstanın informasiya və
mədəniyyət nazirinin vəzifəsini
icra edən Hasina
Safi imzalayıblar.
Mədəniyyət.- 2019.- 15 mart.-
S.2.