“Yurdumuza bahar gəlir” müsabiqəsinin yekun sərgiləri
Xətai Sənət Mərkəzinin Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC), Dövlət Rəsm Qalereyası ilə birgə keçirdiyi “Yurdumuza bahar gəlir” adlı rəsm müsabiqəsinin birinci mərhələsi yekunlaşıb.
Müsabiqədə seçim iki yaş kateqoriyası üzrə (12 və 12-17 yaş) aparılıb. Yekun sərgidə birinci yaş kateqoriyası üzrə 140 uşaq, ikinci kateqoriya üzrə isə 130-dək uşaq əl işlərini təqdim edəcək.
12 yaşa qədər uşaqlar üçün sərgi martın 18-də, 12-17 yaş arası uşaqlar üçün isə martın 19-da Xətai
Sənət Mərkəzində keçiriləcək. Seçilmiş 20 əsərin müəllifi
“Azərbaycanım” Uşaq rəsm
festivalına dəvət olunacaq.
Mədəniyyət.- 2019.- 15 mart.-
S.2.