Siz tolerantlıq ərazisinə daxil olursunuz

 

 

3-cü “IMAGINE” Avro Tolerantlıq Festivalına start verilib

 

Avropa İttifaqınınŞərq Tərəfdaşlığıproqramının 10 illik yubileyinə həsr edilən 3-cü “IMAGINE” Avro Tolerantlıq Festivalının açılış mərasimi keçirilib.

Festival Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, quruma üzv ölkələrin Argentina, Meksika, Kolumbiya, Moldova, İsrail səfirliklərinin “United Cultures” təşkilatı ilə əməkdaşlığı çərçivəsində təşkil olunub.

Mayın 1-dən 15-nə qədər davam edəcək festivalın məqsədi mədəniyyətlərarası dialoq, müxtəliflik tolerantlıq dəyərlərini tanıtmaqdır. 3-cü “IMAGINE” Avro Tolerantlıq Festivalı müxtəlif tədbirlərimusiqili tamaşalar, debat müzakirələr, film nümayişləri, foto videomüsabiqə, incəsənət sərgilərini özündə birləşdirir.

Avropa İttifaqının Azərbaycan üzrə Nümayəndəliyinin Siyasi, iqtisadi, mətbuat informasiya şöbəsinin rəhbəri Denis Daniilidis bildirib ki, əvvəlki illərin ənənəsi qorunmaqla, bu il festivalın proqramı daha fərqli orijinal olacaq. Festivalda tolerantlıq müxtəliflik mövzusunda 30-dan çox sənədli bədii film nümayiş olunacaq. Öz filmlərini festival iştirakçılarına təqdim etmək üçün Fransa, Finlandiya, Latviya, Hollandiya Belçikanın tanınmış rejissorları Bakının qonağıdır. Layihə çərçivəsində finlandiyalı kinorejissor Paavo Vesterberq Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində sənədli filmlərin çəkilməsi haqqında tələbələrə yerli gənc rejissorlara ustad dərsləri keçəcək.

Bu il ilk dəfə olaraq “IMAGINE” Avro Tolerantlıq Festivalı Gəncə şəhərində keçiriləcək.

Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənir.

 

Mədəniyyət.- 2019.- 1 may.- S.1.