Məzarlıqlar da xalqın tarixi irsinin bir hissəsidir  

 

 

Avropada Əlamətdar Qəbiristanlıqlar Assosiasiyasının prezidenti ölkəmizdə səfərdədir

 

Aprelin 29-da Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov V Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Avropada Əlamətdar Qəbiristanlıqlar Assosiasiyasının (The Association of Significant Cemeteries in Europe - ASCE) prezidenti Lidiya Pliberşeklə görüşüb.

Dövlət Xidmətinin rəisi Zakir Sultanov qonağa ölkəmizin mədəni irsi, tarixi abidələri haqqında məlumat verib. Bildirib ki, Azərbaycanda mədəni irsin qorunması, bərpası təbliği məsələləri, o cümlədən qəbiristanlıqların, xiyabanların qorunması daim diqqət mərkəzində saxlanılır. Fəxri xiyaban, Şəhidlər xiyabanı, Quba Soyqırımı Memorial Kompleksi, qədim türk-islam qəbiristanlıqları, alman qəbiristanlıqları digər bu kimi məkanlar xüsusi diqqətlə qorunur.

Lidiya Pliberşek Qobustan Milli Tarix-Bədii Qoruğu, Fəxri xiyaban Şəhidlər xiyabanında olduğunu qeyd edərək bildirib ki, burada gördükləri onda ölkəmiz haqqında böyük maraq doğurub. Sloveniyanın Maribor şəhərində yerləşən müharibə qurbanlarına həsr olunan Dobrava Memorial Park Kompleksi ərazisində Xocalı soyqırımının qurbanlarına həsr olunan xatirə lövhəsinin qurulmasını xatırladan qonaq Azərbaycanla bu sahədə daha sıx əməkdaşlıqda maraqlı olduqlarını deyib.

Qonaq rəhbəri olduğu təşkilat haqqında məlumat verərək bildirib ki, Avropada Əlamətdar Qəbiristanlıqlar Assosiasiyası tarixi ya bədii əhəmiyyətə malik qəbiristanlıqlara qayğı göstərən dövlət özəl təşkilatlardan ibarət Avropa şəbəkəsidir. Qlobal xarakterli qeyri-kommersiya təşkilatı olan ASCE-nin əsas məqsədi Avropa qəbiristanlıqlarının insanlığın mədəni irsinin əsas hissəsi kimi təbliğ etməkdir. 2001-ci ildə yaradılan assosiasiya 22 ölkədə 180-dən çox qəbiristanlığı əhatə edən müvafiq təşkilatları  özündə birləşdirir.

Lidiya Pliberşek Azərbaycanın Avropada Əlamətdar Qəbiristanlıqlar Assosiasiyası Avropa Qəbiristanlıqları Marşrutuna üzv olması məqsədilə əməkdaşlıqda maraqlı olduqlarını deyib. O, Azərbaycanda bir neçə qəbiristanlıq tarixi əhəmiyyət daşıyan məkanın bu quruma üzv olmasının önəmini vurğulayıb.

Görüşdə bu istiqamətdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Zakir Sultanov ölkəmizin bu qurumla əlaqələrin inkişafında maraqlı olduğunu əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.

Qeyd edək ki, qonaq ölkəmizə səfəri çərçivəsində Şamaxı, Quba və Qəbələdə bir sıra tarixi məkanları ziyarət edəcək.

 

Mədəniyyət.- 2019.- 1 may.- S.4.