“Xilas
edilmiş mədəni
sərvətlər”
Sərgi-seminarlar davam edir
Muzey Sərvətləri və
Xatirə Əşyalarının
Elmi Bərpa Mərkəzi tərəfindən
regionlardakı muzey, qalereya, Heydər Əliyev mərkəzlərinin
əməkdaşları üçün
“Xilas edilmiş mədəni sərvətlər”
adlı sərgi-seminarlar
davam etdirilir.
Aprelin 25-27-də təşkil
olunan tədbirdə Şamaxı, İsmayıllı,
Ağsu və Qobustan rayonlarının muzey, mərkəz və qalereyalarının
əməkdaşları iştirak
edib.
Tədbir müddətində bu
rayonların muzey toplularına məxsus
eksponatların bərpa prosesini əks etdirən
fotosərgi keçirilib, eləcə də
mərkəzin fəaliyyətindən bəhs edən videoçarx nümayiş
etdirilib.
Mədəniyyət.- 2019.- 1 may.- S.3.