Milli mübarizə və qəhrəmanlıq” adlı şeir gecəsi

 

 

 

Dövlət Akademik Milli Dram Teatrında aprelin 29-da keçirilən “Milli mübarizə və qəhrəmanlıq” adlı şeir gecəsi Türkiyə tarixinin şanlı səhifəsi – Atatürkün öndərliyi ilə başlanan Qurtuluş savaşının 100 illiyinə həsr edilib.

Tədbir Bakı Yunus Əmrə İnstitutu, Türkiyənin Azərbaycandakı Səfirliyinin Təhsil müşavirliyi, Türkiyənin Bakıdakı təhsil ocaqlarının birgə təşəbbüsü ilə reallaşıb.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Bakı Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdəmir çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb.

Türkiyə səfirliyinin təhsil müşaviri Mahmud Əyirməndə şeir gecəsinin Türkiyənin milli mübarizə və qəhrəmanlıq tarixi gününün 100-cü ildönümü münasibətilə təşkil edildiyini söyləyib.

Tədbir Türk Dünyası Bakı Atatürk liseyi, Bakı Türk Anadolu liseyi və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin şagirdləri tərəfindən vətənpərvərlik və qəhrəmanlıq mövzularında şeirlərin təqdim olunması ilə davam edib.

Tədbir çərçivəsində şagirdlərin ifasında milli vətənpərvərlik ruhlu mahnılar da ifa olunub.

 

Mədəniyyət.- 2019.- 1 may.- S.3.