Mirzə Şəfi Vazehin 225 illiyinə həsr olunmuş konfrans

 

 

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gəncə bölməsinin təşkilatçılığı ilə Mirzə Şəfi Vazehin ev-muzeyində mütəfəkkir şairin 225 illiyinə həsr olunmuş konfrans keçirilib.

Konfransda AYB Gəncə bölməsinin sədri, Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Xəzangül Hüseynova Mirzə Şəfi Vazehin həyat və yaradıcılığından, Alman-Azərbaycan Cəmiyyətinin sədri Çingiz Abdullayev çıxışında Mirzə Şəfi ilə alman şairi və tərcüməçisi Fridrix Bodenştedtin dostluq əlaqələrindən söhbət açıb. Bildirib ki, Almaniyada Bodenştedtin heykəli ucaldılıb və onun əlində tutduğu kitabda Mirzə Şəfi Vazehin adı yazılıb.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun şöbə müdiri Xanım Zahirova, Bakı Slavyan Universitetinin müəllimi Murad Muradov, AYB-nin üzvü, Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Sahib İbrahimli, Əməkdar jurnalist, yazıçı-dramaturq Nüşabə Əsəd Məmmədli, şair Zahir Şirani çıxış edərək Vazeh yaradıcılığının bənzərsizliyindən danışıblar.

 

Mədəniyyət.- 2019.- 1 may.- S.6.