Müasir dünyanı narahat edən aktual məsələlər müzakirə mövzusudur

 

 

Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında keçirilən 5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən çox ölkə və 30-dan çox beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə ümumilikdə 20-dən çox tədbir təşkil olunacaq.

Ötən müddət ərzində Forumun coğrafiyası genişlənib, tədbirə qoşulan qurumların sayı  artıb. 5-ci Dialoq Forumu çərçivəsində insan həmrəyliyini yaratmaq və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə yerli insanlara kömək etmək üçün mədəniyyətlərarası dialoqun mühüm rolu öyrəniləcək.

Bu barədə mayın 1-də Bakı Konqres Mərkəzində Forumla bağlı təşkil olunan mətbuat konfransında Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə bildirdi. Şöbə müdiri diqqətə çatdırdı ki, tədbirin təşkilatçıları Azərbaycan Hökuməti və Mədəniyyət Nazirliyi, tərəfdaşları UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-dur. Forumun BMT-nin internet səhifəsi üzərindən canlı yayımlanması da ona olan beynəlxalq diqqətin göstəricisidir.

Vurğulandı ki, 2008-ci ildən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dinilinqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlarqruplar arasında qarşılıqlı anlayış və hörmət çərçivəsində səmimiyyət və qarşılıqlı hörmətə əsaslanan fikir mübadiləsi üçün pozitiv platformaya çevrilib. Forum üç istiqamətdə davam edəcək. Mədəniyyətlərarası dialoqinsan ləyaqətini təbliğ etməklə inklüziv və davamlı cəmiyyətlərin qurulmasında dövlət, özəl və üçüncü sektoru təmsil edən təşkilatlar üçün ümumi yol xəritəsini hazırlamaq məqsədilə beynəlxalq təşkilatların və nazirlərin 2-ci yüksək səviyyəli görüşü keçiriləcək. “Dinlərarası dialoqdini müxtəlifliyin idarə olunması” mövzusunda akademik forum, “Qlobal vətəndaşlıq təhsili: sülh mədəniyyətinin aşılanması”, “Sülh naminə çoxtərəflilik və diplomatiya”, “Türkdilli ölkələr arasında dialoqun qurulmasında Böyük İpək Yolunun rolu” və digər mövzularda plenar və aralıq sessiyalar keçiriləcək. Həmçinin tədbir günlərində qonaqlar üçün sərgilər açılacaq, musiqili proqramlar təşkil ediləcək.

Koventri Universitetinin Sülh, EtimadSosial Münasibətlər Mərkəzinin icraçı direktoru Mayk Hardi, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin Qlobal Təhsil Proqramının meneceri Migel Silva, UNESCO-nun Mədəniyyətlərarası dialoq bölməsinin rəhbəri Ann-Belinda PreysİSESCO-nun xoşməramlı səfiri, İtaliya İslam Dini Cəmiyyətinin prezidenti Yahya Pallavicini “Bakı Prosesinin əhəmiyyətini yüksək qiymətləndirərək Azərbaycan Hökumətinə belə bir Forumun təşkilinə görə minnətdarlıqlarını bildirdilər.

Qeyd olundu ki, iki gün ərzində Bakıda müasir dünyanı narahat edən aktual məsələlər müzakirə mövzusu olacaq. Forumda “Müxtəlifliyin idarə olunması: çoxsəviyyəli və çoxtərəfli əməkdaşlıq”, “Sülh naminə gənclər: şiddətli ekstremizmə qarşı əks qüvvənin formalaşdırılması” və “Miqrasiya, yerdəyişmə və insan təhlükəsizliyi” mövzularında üç əsas plenar sessiya keçiriləcək. Vurğulanıb ki, dünyada sülh və bərabərliyin, qarşılıqlı etimad və anlaşmanın əldə olunmasında bu Forum böyük əhəmiyyət kəsb edir.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırıldı.

 

Fariz HÜSEYNOV

 

Mədəniyyət.- 2019.- 3 may.- S.3.