İlahi nitqin tərcümanı”

 

 

Aprelin 30-da Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında böyük Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuşİlahi nitqin tərcümanı” adlı tədbir keçirilib.

Kitabxana əməkdaşları və təcrübəçi tələbələrin təqdimatında Nəsimi yaradıcılığından “Ayrılır”, “Mənəm, mən”, “Neylərəm”, “Ağrımaz” və “Sığmazam” qəzəlləri səslənib, həmçinin “Nəsimi” filmindən fraqmentlər və qəzəlləri əsasında hazırlanmış kompozisiya nümayiş olunub.

Tədbirdə Nəsiminin həyat və yaradıcılığından söhbət açılıb, onun Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadı olduğu və Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalaraq bədii söz sənətinin qiymətli incilərini yaratdığı vurğulanıb. Tədbirin sonunda diskussiya keçirilib.

 

Mədəniyyət.- 2019.- 3 may.- S.7.