İstanbulda XI Beynəlxalq Sənədli Film Günləri başa çatıb

 

 

 

Türkiyə RadioTeleviziya Qurumunun (TRT) həvəskar və peşəkar kinoşünasları dəstəkləmək üçün təşkil etdiyi XI Beynəlxalq Sənədli Film Günləri başa çatıb.

İstanbulda Camal Rəşid Rey konsert salonunda keçirilən mərasimdə fərqli kateqoriyalarda mükafatlar qaliblərə təqdim edilib.

Festivalın milli bölməsində “Ən yaxşı film” mükafatını “Kimsəsizlər hoteli” adlı film ilə Rıdvan Karaman qazanıb.

Beynəlxalq kateqoriyada isə Alessandro CassigoliCasey Kaufman “Kəpənək” adlı sənədli filmlə “Ən yaxşı film” mükafatına, Joost VandebrugBruce Leequldurekran əsərinə görə  Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin mükafatına, Chirst Martin (“Son anda”) və Luke Lorentzen (“Gecə yarısı ailəsi”) üçüncü mükafata layiq görülüb.

Milli tələbə filmləri” kateqoriyasında “Ən yaxşı film” mükafatını isə “Uçan adam” adlı filmlə Uğur Ərsöz və Nusrət Oğuzhan Yıldız qazanıb. Beynəlxalq, milli peşəkar və tələbə filmləri kateqoriyaları ilə yanaşı bu il hələ fikir mərhələsində olan, reallaşmamış layihələrdən üçünə xüsusi dəstək mükafatı verilib.

TRT həvəskar və peşəkar kinoşünasları  dəstəkləmək məqsədilə 2009-cu ildən bu festival-müsabiqəni təşkil edir. XI Beynəlxalq Sənədli Film Günlərində iştirak üçün 101 ölkədən 1605 film üçün müraciət olmuşdu. Onların arasından seçilən 80 sənədli film festival müddətində 6 fərqli zalda nümayiş olunub.

 

Mehparə SULTANOVA

Ankara

 

Mədəniyyət.- 2019.- 3 may.- S.8.