Gənclər arasında estrada-vokal müsabiqəsinin
yekun konserti
Azərbaycan Milli Konservatoriyasında (AMK)
istedadlı gənclərin
estrada-vokal müsabiqəsinin
yekun konserti keçirilib.
Konsert Azərbaycan Respublikası
Gənclər Fondunun dəstəyi, Azərbaycan
Milli Konservatoriyası,
Azərbaycan Tələbə
Gənclər Təşkilatları
İttifaqı (TGTİ) və
konservatoriyanın Tələbə
gənclər təşkilatının
birgə təşkilatçılığı
ilə reallaşıb.
Konsertdən öncə layihənin rəhbəri Riad Cəbrayılov müsabiqə
haqqında məlumat verib. Bildirib ki, ötən
ilin dekabr ayından start götürən
müsabiqə üç
mərhələdən ibarət
olub. İlk mərhələdə 100-dən
çox iştirakçı
qeydiyyata alınıb.
Daha sonra ən yaxşı
30 iştirakçı müsabiqənin
ikinci turunda çıxış edib.
14 ali təhsil
müəssisəsində oxuyan
ən yaxşı 16 iştirakçı müsabiqənin
finalına – qala-konsertə
vəsiqə qazanıb.
R.Cəbrayılov layihənin ərsəyə
gəlməsində dəstək
göstərən bütün
qurumlara təşəkkürünü
bildirib.
Azərbaycan Tələbə Gənclər
Təşkilatları İttifaqının
sədri Kənan Sadıqov layihənin əhəmiyyətini yüksək
qiymətləndirib, bu
qəbildən müsabiqələrin
operativlik, böyük
məsuliyyət tələb
etdiyini vurğulayıb.
Daha sonra konsert proqramı təqdim olunub. 16 nəfər gənc və istedadlı finalçının ifaları
maraqla qarşılanıb.
Münsiflər heyətinin qərarına
əsasən, müsabiqədə
vokal üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Rauf Məmmədzadə birinci
yerə, Anadolu Universitetinin (Türkiyə)
tələbəsi Elçin
Əliyev ikinci yerə, Azərbaycan Dillər Universitetinin tələbəsi Şahverən
Babayev üçüncü
yerə layiq görülüb. Estrada janrı
üzrə ADA Universitetinin
tələbəsi Kənan
Əzimov birinci, Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi
Nadir Rüstəmli ikinci,
Azərbaycan Milli Konservatoriyası nəzdində
Musiqi Kollecinin tələbəsi Mədinə
Mirzəyeva üçüncü
olub.
Sonda qaliblərə
sertifikat və diplomlar təqdim edilib.
Mədəniyyət.- 2019.- 3 may.-
S.6.