Anlaşmanın tək yolu dialoqdur

 

“Dinlərarası dialoqdini müxtəlifliyin idarə olunması” mövzusunda akademik forum

 

Mayın 1-də Bakıda V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dinlərarası dialoq və dini müxtəlifliyin idarə olunması” mövzusunda III akademik forum keçirilib.

UNESCO-nun Mədəniyyətlərarası dialoq şöbəsinin müdiri Ann-Belinda Preisin moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva mədəniyyətlərarası dialoq sahəsində müzakirələrin xüsusi əhəmiyyəti olduğunu qeyd edib. Bildirib ki, bu sahədə bütün dünyada elmi araşdırmaların artması təqdirəlayiqdir.

Sevda Məmmədəliyeva Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüskarı olduğu “Bakı Prosesi” barədə ətraflı məlumat verib. Bildirilib ki, “Bakı Prosesi” çərçivəsində Azərbaycanda bir çox mühüm beynəlxalq tədbirlər keçirilib. Bu tədbirlərdə dünyanın ictimai, siyasidin xadimləri, alimlər iştirak ediblər.

Azərbaycanda dövlət-din münasibətlərinə toxunan nazir müavini qeyd edib ki, ölkəmizdə din dövlətdən ayrı olsa da, dindarlar xüsusi qayğı ilə əhatə ediliblər.

Mədəniyyətlərarası anlaşma üçün dinlərarası dialoqda UNIWIN şəbəkəsinin əlaqələndiricisi Fəthi Mənsuri Yeni Zelandiyada, Şri-Lankada törədilən terror aktları barədə danışıb. Bildirib ki, bu hadisələr əksər hallarda dini savadsızlıq səbəbindən baş verir. O, həmçinin dinlərarası dialoqun olmamasının bu kimi xoşagəlməz halların baş verməsində rolunu qeyd edib.

Dünyada dinlərarası dialoqun qurulması istiqamətində görülən işlərdən danışan BMT-nin dininkişaf üzrə qurumlararası işçi qrupunun əlaqələndiricisi Azza Kərəm bu sahədə müəyyən uğurlara nail olunmasına baxmayaraq, hələ də çox sayda problemlərin qaldığını deyib. Əlavə edib ki, son zamanlar dünyada yaşanan faciəvi hadisələr dinlərarası dialoq sahəsində hələ xeyli işlərin görülməli olduğunu bir daha təsdiq edir.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

 

Mədəniyyət.- 2019.- 3 may.- S.3.