Dirijor soydaşımızın Meksikada böyük uğuru
Əməkdar incəsənət xadimi, tanınmış dirijor Elşad Bağırov Meksikanın paytaxtı Mexiko şəhərində dünya şöhrətli ingilis rəqqas Anton Dolin adına Fondun keçirdiyi festivalda böyük uğura imza atıb.
Sənətkar
soydaşımız təkcə Mexikonun deyil, həm də dünyanın ən gözəl
teatrlarından biri olan
Zərif Sənətlər Sarayında festival
çərçivəsində oynanılacaq A.Adanın “Jizel” baletinin
premyerasına dirijorluq məqsədilə
okeanın o tayına dəvət
alıbmış. Aprelin 25-də premyerası oynanılan balet Meksika Milli Baletinin
təfsirində təqdim
edilib. Bir neçə gün
ardıcıl - premyeradan
sonra 27-si, 28-i və
29-da təkrar göstərilən
“Jizel”in hər nümayişi anşlaqla keçib və baletsevərlərin böyük
rəğbətini qazanıb.
Paytaxtın musiqi ictimaiyyəti
tamaşanın musiqi materialı üzərində
qısa müddət işləyərək orkestr
və səhnədəki
solistlərin unison çıxışına
nail olmağı bacaran
E.Bağırovu “musiqi
sehrkarı” adlandırıb.
A.Dolin adına Fondun təşkilatçılığı ilə keçirilən nüfuzlu balet festivalında baş tutan bu premyeranı
yerli baletsevərlər
və festival iştirakçıları
ilə yanaşı, tanınmış mədəniyyət
xadimləri, Mexikoda yaşayan həmvətənlərimiz,
Azərbaycanın Meksikadakı
səfiri Məmməd
Talıbov seyr ediblər.
Məlumat üçün
qeyd edək ki, A.Dolin adına Fond klassik balet
repertuarının qorunması məqsədilə
yaradılıb.
Mədəniyyət.- 2019.- 3 may.-
S.6.