Tolerantlıq festivalının ilk sərgisi təqdim olunub
Mayın
1-də Bakıdakı İbrahim
Əbilov adına
Mədəniyyət Mərkəzində
3-cü İMAGİNE Avropa Tolerantlıq Festivalı çərçivəsində fransız fotoqraf Nikolas Landemardın fotosərgisi
açılıb.
N.Landemard sərgi barədə məlumat verib. Qeyd edib
ki, üç hissədən ibarət olan sərginin birinci hissəsi “Fransa teatrında qaçqınların çıxışı”
adlanır. Bu layihə Fransanın Lion şəhərindən başlayır.
Fotoqraf teatrda çəkilişlər
apararkən həm də ustad dərsləri
verib. Bu teatrın özəlliyi ondan ibarətdir ki, burada səs
yoxdur. Teatrda miqrantlar və
qaçqınlar çıxış
edirlər. Onlar fransız
dilini bilmədikləri
üçün ünsiyyətlərini
him-cimlə qururlar.
İkinci hissənin mövzusu “Avropa siyasətçiləri”
adlanır. Fotoqraf bu ad altında
Avropa Komissiyası və Avropa Parlamentində siyasi liderlərin şəkillərini
nümayiş etdirir.
Fotoqraf Brüsseldə çəkiliş
apararkən Avropanın
bütün nöqtələrinə
toxunur. N.Landemard öz çıxışında
qeyd edib ki, bəzi fotomüxbirlər
müharibə ocaqlarına
gedərək oradan materiallar toplayırlar.
Bu mənada Avropada
qalmaq məqsədə
uyğundur, daha Suriya kimi qaynar
nöqtələrə getməyə
ehtiyac qalmır.
Sərgidə üçüncü hissə
“Brüsseldə yerləşən
Avropa məhəllələri”
adlanır. Belçikalılar bu ərazini
“batmış məhəllə”
adlandırırlar. Orada vaxtilə
köhnə binalar olub, ancaq onlar
sökülərək yerində
zövqsüz, müasir
binaların tikintisinə
başlanılıb. Yerli camaat
da bu məhəllədə
aparılan işləri
uğursuz layihə adlandırıb. Get-gedə böyüyən belə məhəllələrə
belçikalılar “Brüsselizasiya”
adını verib.
Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı
Nümayəndəliyi rəhbərinin
birinci müşaviri
Denis Daniilidis deyib: “Mən çox sevinirəm ki, çəkdiyimiz ağır
zəhmətin nəticəsində
biz bir daha
İMAGİNE Avropa Tolerantlıq
Festivalını sizlərə
təqdim edə bildik. Bu festival çox
fərqlidir, çünki
o, mədəniyyətləri görüşdürür. Əsas odur ki, festivala
gələn turistlər
Azərbaycana bir dəfə gəlməklə
kifayətlənmirlər. Onlar Azərbaycan mədəniyyətini
kəşf etdikdən
sonra buraya yenidən qayıdırlar.
Çünki bu festivalın
məqsədi körpülər
qurmaqdır. Azərbaycan tolerant bir ölkə olduğundan belə bir kommunikasiya xətlərinin yaradılmasından
qürur hissi keçiririk”.
Sonra sərgiyə baxış keçirilib.
Qeyd edək ki, festival
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi,
“Cinema Plus”, “The Landmark” Biznes
Mərkəzi, Nizami Kino
Mərkəzi, “Bakı Metropoliteni” QSC, “Salaam Cinema”, Məhsəti
Gəncəvi Mərkəzi, YARAT Müasir
İncəsənət Mərkəzi, İbrahim
Əbilov adına Mədəniyyət Mərkəzi, Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universiteti, ADA Universiteti
və Venesiyanın “Ca Foscari”
Universiteti tərəfindən dəstəklənir.
Mədəniyyət.- 2019.- 3 may.-
S.1;4.