Mədəniyyət könüllülərinin
sırası genişlənir
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) gənclər arasında könüllülük fəaliyyətinin təbliği ilə bağlı növbəti görüşü Bakı Humanitar Kollecində keçirib.
Tədbiri giriş sözü ilə açan Humanitar Kollecin təlim-tərbiyə işləri üzrə direktor müavini Afaq Əliyeva tələbələr arasında könüllülük fəaliyyətinə böyük maraq olduğunu bildirib.
MEMİM-in direktoru Asif Usubəliyev könüllülük fəaliyyətinin Azərbaycan dövlətinin milli maraqları naminə ümumi işə töhfə olduğunu vurğulayıb.
Mədəniyyət nazirinin müvafiq əmrinə əsasən, mədəniyyət sahəsində könüllülük fəaliyyətinin təşviqi ilə bağlı reallaşan görüşlərdən bəhs edən A.Usubəliyev bildirib ki, mərkəzin təhsil ocaqları ilə əməkdaşlığı da bu sahədə gənclərə yeni fürsət və imkanlar qazandırır. Mədəniyyət özü bir maraq dairəsidir və bu sahədə könüllülük fəaliyyəti ilə məşğul olan gənclər sosial bacarıqlarını inkişaf etdirir, kreativ ideya və düşüncələrini təqdim etmək fürsəti əldə edirlər.
Mərkəzin sektor müdiri Ceyhun Əhmədov “Könüllülük fəaliyyəti və gənclər” adlı təqdimatla çıxış edib, İnnovativ inkişaf və təbliğat şöbəsinin müdiri Nurəddin Babazadənin “Mədəniyyətdə könüllülük” mövzusunda çıxışı dinlənilib.
Görüş tələbələrin
sualları və mövzuya dair fikir mübadiləsi
ilə davam edib.
Mədəniyyət.- 2019.- 8 may.- S.3.