Döyüşən qızlar film qəhrəmanı oldular

 

 

 

Tanınmış yazıçı-publisist Zemfira Məhərrəmli illərdir ki, Azərbaycanın zorla cəlb olunduğu Qarabağ savaşının qadın döyüşçülərinin taleyini izləyir, onların şücaətindən, taleyindən portret-oçerklər yazır.

Cəbhə bölgəsini qarış-qarış gəzmiş istedadlı jurnalistin bu mövzuda yazıları indiyədək bir neçə dəfə kitab şəklində nəşr olunub, xarici dillərə çevrilib. Döyüşə qızlar gedir” (1997), “Qırx qız dastanı” (2003), “Qarabağ müharibəsi: zərif talelər” (2018) türk, rus, ingilis dillərində nəşr edilmiş daha neçə kitab Azərbaycan qadınının Vətən uğrunda savaşda göstərdiyi qəhrəmanlıqlardan oxuculara bəhs edir.

Şuşa itkisinin acısını təkrar yaşadığımız 8 may ərəfəsində isə döyüşçü qızlarımızın qəhrəmanlığını ekrandan seyr etdik. Zemfira xanımın  Döyüşə qızlar gedir”, “Qarabağ müharibəsi: zərif talelərkitablarının üç qəhrəmanıAliyə Piriyeva, Xanımzər Həsənova, Kəmalə Qəhrəmanova bu filmin qəhrəmanı müharibənin qadın taleyinə vurduğu sağalmaz yaraların şahididirlər.

AranfilmYaradıcılıq Mərkəzinin istehsalı olanDöyüşə qızlar gedirsənədli filmi “2018 Hərəkatı”nın layihəsi təşkilati dəstəyi ilə lentə alınıb. Filmin bədii rəhbəri tanınmış rejissor Tahir Əliyev, rejissor-operatoru Əminə Həsənli, prodüseri Qənirə Qurbanlıdır.

Film bu qadınların müharibə xatirələri üzərində qurulub. Filmdə səslənməsə , xatırlanan hadisələr, söylənilən xatirələrMüharibəni kişilər başlayır, ən böyük əzabını isə qadınlar uşaqlar çəkirlərkəlamına illüstrasiyadır. Hər üç xanım müharibə barədə danışdıqca tamaşaçı onların öz fikirlərini qədər dürüst inandırıcı çatdırmağına heyran kəsilir. Döyüşdən, ya müharibənin sədd çəkdiyi arzularından, hələ yuxuda savaş meydanında olduqlarından danışmaqları fərq etməz; ölümün gözünün içinə dik baxmış bu xanımların xatirələri müharibəni tarix salnamələrindən daha yaxşı anladır. Bəlkə ona görə ki, “dərd insanı dilləndiririfadəsi düşmənlə üzbəüz dayanmış insanların ovqatını daha yaxşı əks etdirir. Qarabağ düşmən caynağından qurtarılmayanadək hər kəsdən daha çox savaş qaziləri bu dərdin acısını yaşayacaq, yuxularında şəhid səngər yoldaşlarının narahat ruhları ilə həmsöhbət olacaqlar. Portret-oçerk janrında lentə alınmış filmdə qadın döyüşçülərin müharibə ondan sonrakı həyatı müqayisəli şəkildə çatdırılır, onların döyüşçü olmaqdan öncə vətənpərvər, incə kövrək qəlbli xanım olmaqlarından bəhs edilir.

AzərkitabKitab Təbliğatı Mərkəzində gerçəkləşən təqdimat mərasimində millət vəkili Qənirə Paşayeva, şair-jurnalist Xəyal Rza, şair Şahin Musaoğlu, şairələr  Fərqanə Mehdiyeva Zəminə Xınalı, filmin qəhrəmanları, polkovnik-leytenant Aliyə Piriyeva, Kəmalə Qəhrəmanova Xanımzər Həsənova, Qarabağ müharibəsi veteranı, istefada olan mayor Qabil Umudlu yaradıcı heyətə, film üzərində əməyi keçən hər kəsə minnətdarlıq etdilər, keçmiş döyüşçü xanımlara ən xoş arzularını bildirdilər.

 

GÜLCAHAN

 

Mədəniyyət.- 2019.-  8 may.- S.6