Vəsiyyət” yeni səhnədə

 

 

Qusar Dövlət Ləzgi Dram Teatrında yazıçı Hüseynbala Mirələmovun mənəvi-əxlaqi problemlərə güzgü tutan “Vəsiyyət” əsərinin məşqlərinə başlanılıb.

İnsanlar arasında var-dövlət hərisliyini, mənəvi eybəcərlikləri kəskin tənqid edib insanı mənəvi kamilliyə səsləyən əsərə teatrın baş rejissoru, Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova quruluş verir. Tamaşanın quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.

Mayın sonunda tamaşaçıların ixtiyarına veriləcək səhnə əsərində rolları Bağır Əhmədov, Aysel Qiyasova, Tacir Şahbazov, Rəhilə Hacıbəyova, Sədaqət Əlimuradova, Həsrət Nəsrullayev, Tofiq Mustafayevb. ifa edirlər.

Xatırladaq ki, “Vəsiyyət” tamaşası hazırda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarındadır.

 

Mədəniyyət.- 2019.-  8 may.- S.5.