İsveçrədə Azərbaycan-Türk
Mədəniyyət Mərkəzi açılıb
İsveçrənin Solothurn şəhərində Azərbaycan səfirliyinin dəstəyi ilə ərsəyə gələn Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin açılışı olub. Açılışda bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, soydaşlarımız, İsveçrədəki səfirliyimizin əməkdaşları iştirak ediblər.
Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin rəhbəri Cevzet Aras qonaqları salamlayıb və mərkəzin yaradılması üçün dəstək göstərən hər kəsə, xüsusilə Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyinə təşəkkürlərini çatdırıb. O, soydaşlarımızın sıx yaşadığı Solothurn şəhərində həmrəyliyin möhkəmləndirilməsi üçün belə bir mədəniyyət mərkəzinin zəruriliyinə diqqət çəkib.
Sonra mərkəzin
açılışı olub. Mərkəzdə
Azərbaycan dilində həftəsonu məktəbi və
müxtəlif məqsədlər üçün
nəzərdə tutulan otaqlar
var. İştirakçılar milli təamlarımıza qonaq
edilib.
Mədəniyyət.- 2019.- 8 may.-
S.8.