Strasburqda “Azərbaycan – tolerantlıq diyarı”

 

 

 

Avropa Şurasının (AŞ) 70 illik yubileyi çərçivəsində qurumun Strasburqdakı mənzil-qərargahının yaxınlığında yerləşən “Oranjöri” parkında (“Parc de lOrangerie”) “Avropa Günü”nə həsr edilmiş bayram tədbirlərində ölkəmiz də təmsil olunub.

Ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəliyi tərəfindən “Azərbaycan – tolerantlıq diyarı” adlı sərgi təşkil edilib. Sərgidə ölkəmizdə mehriban ailə kimi yaşayan müxtəlif dini icmaların həyatını əks etdirən fotoşəkillər nümayiş etdirilib tolerantlıq və multikulturalizmdən bəhs edən qısametrajlı film göstərilib.

Azərbaycan stendi ziyarətçilərdə böyük maraq doğurub. Tədbirdə Heydər Əliyev Fondu tərəfindən ölkəmizin zəngin tarixinə, mədəniyyətinə, ədəbiyyatına dair fransız və ingilis dillərində nəfis şəkildə tərtib edilmiş kitablar, eləcə də görməli və tarixi yerlərə dair broşürlər, açıqca və bukletlər sərgilənib. Ölkəmizə xüsusi maraq göstərən insanlara həmin materiallardan hədiyyə edilib.

 

Mədəniyyət.- 2019.- 8 may.- S.8.