Xalça Muzeyində Qarabağ
ünvanlı “Həsrət”
Mayın 7-də Azərbaycan Xalça Muzeyində Şuşa və Laçın rayonlarının işğalının ildönümlərinə həsr olunmuş “Həsrət” adlı anım tədbiri keçirilib. Tədbir Azərbaycan Xalça Muzeyi və Şuşa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb.
Muzeyin Şuşa filialının müdiri Əlisəfa Nuriyev bildirib ki, Şuşanın işğalının 27-ci ildönümü ərəfəsində belə bir tədbirin Azərbaycan Xalça Muzeyində təşkil olunması təsadüfi deyil. Çünki burada yerləşən Şuşa filialının ekspozisiyasında Şuşada toxunan xalçalar yer alır. Bu xalçaların hər bir ilməsində, naxışında Şuşa yaşayır. Bu xalçalar da bizim kimi doğma yurda qayıdışı gözləyir.
Tədbirdə Şuşa
Dövlət Musiqili Dram
Teatrının təqdimatında Dağlıq Qarabağ
və ətraf rayonların işğalı zamanı faciə
yaşamış və yurd-yuvalarından didərgin düşmüş insanlara
həsr edilmiş “Həsrət” adlı musiqili ədəbi-bədii tamaşa
nümayiş olunub.
Mədəniyyət.- 2019.- 8 may.-
S.2.