“İpək Yolunda Qobustan. İncilərin rəqsi”

 

 

Qayalar arasında dəfilə keçirilib

 

Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tərəfdaşlığı ilə qoruq ərazisində “İpək Yolunda Qobustan. İncilərin rəqsi” adlı geyim kolleksiyası nümayiş olunub.

Qoruğun direktoru Vüqar İsayev bildirib ki, tədbirdə universitetin Rəssamlıq fakültəsinin geyim dizaynı ixtisası üzrə II, III və IV kurs tələbələrinin iştirakı ilə dosent Aysel Əzizovanın müəllifi olduğu, Qobustan qayaüstü təsvirlərinin motivləri əsasında hazırlanmış Çin geyim kolleksiyası, Osmanlı dövrünə aid geyim kolleksiyası, eyni zamanda Azərbaycan milli geyim elementlərinə həsr olunmuş maraqlı geyim nümunələri təqdim olunub.

Qobustan qayaüstü təsvirlərini yeni konsepsiyada izləyiciyə çatdıran layihənin məqsədi bu qədim məkanın mədəni irsinin təbliği ilə yanaşı, geniş auditoriyada bu mövzuya marağı artırmaqdır.

 

Mədəniyyət.- 2019.- 8 may.- S.8.