Musiqi Mədəniyyəti Dövlət
Muzeyində xatirə tədbiri
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib.
Muzeyin şöbə müdiri Xanım Abdinova “Milli mədəniyyətimizin himayədarı” mövzusunda çıxış edib.
Muzeyin Qədim musiqi alətləri ansamblının solisti, Əməkdar artist Nuriyyə Hüseynovanın, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti Rövşən Qəhrəmanovun (vokal), Coşqun Qadaşovun iştirakı ilə konsert proqramı təqdim olunub.
Tədbirdə “Heydər Əliyev – Azərbaycan
mədəniyyətinin hamisi” sənədli
filmi nümayiş etdirilib.
Mədəniyyət.- 2019.- 15 may.-
S.6.