Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdləri və Prezident mükafatları verilib
Prezident İlham Əliyev mayın 10-da mədəniyyət və incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Ağasəlim Abdullayev, Müzəffər Ağamalızadə, Akif İslamzadə, Səidə Quliyeva, Firəngiz Mütəllimova, Zemfira Nərimanova və İlham Rəhimliyə Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Dövlət başçısının
mayın 10-da imzaladığı digər sərəncamla səhnə
fəaliyyəti ilə bağlı 150 nəfər
aparıcı incəsənət xadiminə Azərbaycan
Respublikası Prezidentinin mükafatları
verilib.
Mədəniyyət.- 2019.- 15 may.-
S.2.