“Mənim Şamaxım” rəsm müsabiqəsinin
yekun sərgisi açılıb
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində Şamaxı rayonunun sakinləri olan uşaqlar, yeniyetmələr və gənclər arasında “Mənim Şamaxım” adlı rəsm müsabiqəsi elan olunub.
Mayın 14-də Şamaxı şəhər Heydər Əliyev parkında rəsm müsabiqəsinin yekun sərgisi açılıb.
Müsabiqəyə Şamaxı rayonundan 70-ə yaxın uşaq, yeniyetmə və gənc qatılıb. İştirakçılar əsərlərində əsasən Şamaxının dahi şəxsiyyətlərini, xüsusilə də böyük şair İmadəddin Nəsimi obrazını və tarixi abidələri, sənət nümunələrini təsvir ediblər.
Sərgidə nümayiş
üçün seçilən işlərin
müəllifləri və fəal tədris mərkəzləri
diplom və təşəkkürnamələrlə
təltif olunub, seçilmiş
20 əsərin müəllifi “Azərbaycanım” Uşaq rəsm festivalı çərçivəsində
keçiriləcək müsabiqəyə dəvət edilib. Tədbirdə, həmçinin Əməkdar
rəssam Natiq Səfərovun ustad dərsi keçirilib.
Mədəniyyət.- 2019.- 17 may.-
S.2.