Bakı Kitab Mərkəzində növbəti ədəbi görüş

 

 

 

Bakı Kitab Mərkəzinin “Yazıçı ilə dialoq” layihəsinin növbəti qonağı görkəmli şair, tərcüməçi, kinodramaturq Ramiz Rövşən olub.

Mərkəzdən bildirilib ki, çoxsaylı oxucularını salamlayan şair görüşdə həyatı, yaradıcılığı, ədəbiyyata gəlişi haqqında söhbət açıb və oxucuların suallarını cavablandırıb.

Daha sonra o, uşaq ədəbiyyatında mövcud olan problemlərdən, ədəbi tərcüməçi fəaliyyətindən danışıb, fəlsəfi, düşündürücü şeirlər haqqında fikirlərini bölüşübdünya klassiklərindən kəlamlar oxuyub.

Görüşdə R.Rövşən yeni çapdan çıxan “Sevgi açarı” kitabını da təqdim edib, ilk dəfə çap olunmuş gənclik dövrü şeirlərini oxuyub, ən məşhur şeirlərini səsləndirib. Sonda şair oxucular üçün kitablarını imzalayıb.

 

Mədəniyyət.- 2019.- 17 may.- S.7.