İçərişəhərdə “Saray məclis”ləri

 

 

 

“İçərişəhər” Muzey Mərkəzi Azərbaycan Milli Konservatoriyası ilə birgə “Saray məclisi” adlı yeni layihəyə start verir.

Layihənin ilk məclisi Şirvanşahlar Saray Kompleksində Beynəlxalq Muzeylər Günü ərəfəsində, mayın 17-də Xalq artisti Mənsum İbrahimovun ifası ilə açılacaq. Xanəndəni əməkdar artistlər – tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov müşayiət edəcək. Tədbirin qədim məkanda təşkili, eləcə də klassik musiqitarixi məkanımızın vəhdətdə təqdim edilməsi şəhərimizin sakinlərinə və qonaqlarına xüsusi ovqat bəxş edəcək. Musiqi nömrələri arasında qonaqlar Əməkdar artist, aktyor və qiraətçi Azad Şükürovun ifasında Azərbaycan poeziyasının incilərini dinləyəcəklər.

Layihə vaxtilə bu sarayda keçirilmiş məşhur “Şərq gecələri”, “musiqi məclisləri” ənənəsinin yaşadılmasına xidmət edəcək. “İçərişəhər” Muzey Mərkəzi, həmçinin ayda bir dəfə olmaqla mərkəzin nəzdində fəaliyyət göstərən muzeylərdə növbəti konsert proqramları ilə çıxış etməyi planlaşdırır.

 

Mədəniyyət.- 2019.- 17 may.- S.7.