Ölkəmiz Venesiya Biennalesində təmsil olunur

 

 

 

“Virtual reallıqmövzulu milli pavilyonda rəssam heykəltəraşlarımızın əsərləri təqdim olunur

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan 58-ci Venesiya BiennalesiBeynəlxalq İncəsənət Sərgisində təmsil olunur.

Fonddan verilən məlumata görə, Venesiya Biennalesində ölkəmiz “Virtual reallıq” (“Virtual Reality”) mövzusunda milli pavilyonla iştirak edir.

Kampo Santo Stefanodakı XIV əsrə aid Lezze Sarayında açılan ekspozisiyada rəssam heykəltəraşlar Zeyqəm Əzizov, Orxan Məmmədov, Zərnişan Yusif, Kənan Əliyev Ülviyyə Əliyevanın əsərləri təqdim olunur.

Pavilyondakı multimedia əsərləri, instalyasiya heykəllərin mövzusu bunları əhatə edir: insanlar hər gün heyrətamiz xəbər axını ilə üzləşir. Dünyada hər bir insan gün ərzində təxminən 150 dəfə telefonunu yoxlayır, 2 milyarddan çox insan sosial şəbəkələrdən istifadə edir. Saxta xəbərlər sosial şəbəkələr vasitəsilə daha çox paylaşılır, aparılan müzakirələrin əksər hissəsi isə onların doğru olub-olmadığı ilə bağlı deyil.

58-ci Venesiya Biennalesi noyabrın 24-dək davam edəcək.

Qeyd edək ki, Venesiya Biennalesi müasir incəsənət sahəsində dünyanın ən nüfuzlu sərgilərindən hesab olunuriki ildən bir keçirilir. Azərbaycan bu beynəlxalq layihədə 2007-ci ildən iştirak edir.

 

Mədəniyyət.- 2019.- 17 may.- S.8.