Üzeyir Hacıbəyli obrazına ən
çox müraciət edən rəssam
Mayın 18-də Üzeyir Hacıbəylinin ev-muzeyində tanınmış rəssam Ənvər Əliyevin anadan olmasının 75 illiyi münasibətilə tədbir keçirilib.
Muzeyin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov mərhum rəssam haqqında danışıb. Bildirib ki, Üzeyir Hacıbəylinin ev-muzeyi görkəmli rəssamların dahi bəstəkara həsr etdikləri əsərlərlə zəngindir. Onların sırasında Üzeyir Hacıbəyli obrazına ən çox müraciət edən rəssam mərhum Ənvər Əliyev olub. Onun “Üzeyir Hacıbəyli və Şarl de Qoll”, “Üzeyir Hacıbəyli və Məhəmməd Əmin Rəsulzadə”, “Üzeyir Hacıbəyli və Məleykə xanım Peterburqda”, “Rostropoviçlər ailəsi Hacıbəylilər ailəsinin qonağıdır” və s. əsərləri muzeydə nümayiş etdirilir.
Mərhum rəssamın dostu, “Ənvər Əliyev – yarımçıq qalmış melodiya” kitabının müəllifi, publisist-sənətşünas Eldəniz İbrahimov xatirələrini bölüşüb.
Əməkdar incəsənət
xadimi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, mərhumun dostu,
Əməkdar rəssam Rais Rəsulzadə,
muzeyin Ekspozisiya
şöbəsinin müdiri Gülnarə
Ələsgərova çıxışlarında rəssamın
ömür yolu və
zəngin yaradıcılığından söhbət açıblar.
Mədəniyyət.- 2019.- 22 may.-
S.5.